2-08-2023, 23:11 1618

Qurban Qurbanov: “Böyük riskə getdik, alınmadı”

“Oyunun sonlarında böyük riskə getdik, alınmadı”

“AVESTA.AZ”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakı Olimpiya Stadionunda Polşanın “Rakuv” klubu ilə 1:1 hesablı heç-heçə etdikləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis ilk görüşdəki 2:3 hesablı məğlubiyyətin əvəzini çıxa bilmədikləri üçün məyus olduqlarını bildirib: “Təəssüf ki, cütün məğlubu olduq. Amma çox maraqlı oyun oldu. Meydanda hər şey var idi. Hər iki komanda bir-birini çox yaxşı təhlil etmişdi. Xüsusən də, heç kim digərinə oynamaq imkanı vermədi. İkinci hissədə üstünlük bizim tərəfimizdə oldu. Xeyli sayda qol epizodlarımız oldu. Azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Bu gün sanki meydanda futbolçularla birlikdə idilər. Futbolçular bu gün çox əziyyət çəkdilər. Demək olar ki, 10 nəfərlə rəqibin cərimə meydançasında idik. Hətta uduza da bilərdik. Çünki rəqibin təhlükəli əks-hücumları olurdu. Hamımız məyusuq. Bu oyunu qısa zamanda geridə qoyub, qarşıdakı görüşə hazırlaşmalıyıq”.

O, hər iki matçda qol epizodlarının “Rakuv”dan çox olduğunu əlavə edib: “Bəlkə qapıçı yaxşı oynadı, bəlkə ustalığımız tam çatmadı. Futbolda elə bir qanun yoxdur ki, həmişə ilk qolu mən vurmalıyam. İki komanda mübarizə aparırsa, biri sıradan çıxmalıdır. Bu gün dayanmaq bizim qismətimizdə oldu. Ürəkli oynadıq, rəqibin üzərinə getdik. Beşinci dəfə idi ki, Polşa klubu ilə görüşürdük. Haradasa məğlub olmalıydıq. Oyuna görə uduzmadıq. Fubolun yazılmayan qanunu var. Uğurlu seriya da nə vaxtsa bitir”.

Qurban Qurbanov rəhbərliyin transferlərə maliyyə ayırmaması ilə bağlı ünvanlanan sualı bu cür cavablandırıb: “Bu klubda rəhbərlik olaraq o qədər məsuliyyətli işləyirik ki, bəlkə çoxlarının bundan xəbəri yoxdur. “Qarabağ” rəhbərliyi Azərbaycan futbolu üçün çox şey edib. “Qarabağ”ın etdiklərini heç vaxt bildirməmişəm. Əgər bu gün klubun qazandığı pullar sayılırsa və düşünüsünüzsə ki, pullar harasa gedir, yanlışdır. Bütün pullar Azərbaycan futboluna yatırılır. Hər birimiz kasıb, ürəkli, bacarıqlı futbolçularla çox işlər görməyə çalışırıq. Azərbaycan futbolunu “Qarabağ”ın büdcəsi ilə ölçürsünüzsə və düşünürsünüzsə ki, problem bundadır, sizə əlavə nəsə deyə bilmərəm. Kiçik büdcə ilə ölkə futbolu üçün böyük işlər görməyə çalışırıq. Bu gün uduzduğumuz üçün futbolçuların, rəhbərliyin gördüyü iş sıfıra bərabər sayılırsa, bu tip məsələlərə cavab verməyəcəyəm. Bizdə nə məsuliyyətsiz işçi, nə də futbolçu var. Burada hamı Azərbaycan futbolunun uğuru, komandamızın böyüməsi üçün əlindən gələni edir”.

Baş məşqçi həftəsonu Azərbaycan Premyer Liqasının I turunda “Zirə” ilə oyunda heyətdə dəyişikliklər olacağını istisna etməyib: “Zirə” ilə oyunda bəlkə bir az çətin olacaq. Yorğunluq ola bilər. Amma matça qədər futbolçuları hazırlamağa çalışacağıq. Oynamayan futbolçularımız var, rotasiyalar edə bilərik. Azərbaycan çempionatına uğurlu start vermək istəyirik”.

O, həm yeni transfer Juninyonun hələ tam uyğunlaşmadığını, həm də yerli gənclərə üstünlük verməyə çalışdıqlarını deyib: “Dünyada elə bir komanda yoxdur ki, 10 il eyni səviyyədə olsun. Nə “Real”, nə “Barselona”, nə “Bavariya”nın bütün transferləri uğurlu olur. Azərbaycana legioner gətirmək o qədər də asan deyil. Juninyonun mikrozədəsi olduğu üçün tam hazır deyildi. 10 oyunçudan bir-ikisi dərhal yeni komandasına uyğunlaşa bilər. O ki qaldı yerlilərə, meydanda gənc oyunçularımız var idi. Nəriman Axundzadə Çempionlar Liqasında keçirdiyimiz 4 oyunun hamısında iştirak etdi. Bu gün sağ cinahda Maksim Medvedevi də oynada bilərdim. Amma orada gənc Toral Bayramova şans verdim ki, daha çox inkişaf etsin. Bu gün Çempionlar Liqasının qrupunu itirə bilərik. Amma iki ildən sonra gənclərimiz daha yaxşı vəziyyətdə ola bilərlər. Daim milli səviyyəsində oyunçular yetişirsə, bu, heç də pis iş deyil”.

Qurbanov vingerlər Abdullah Zubir və Leandro Andradenin istənilən effekti verə bilmədikləri ilə bağlı fikrə də münasibət bildirib: “Rəqib nə qədər imkan verir, o qədər hücum edə bilirik. Əlbəttə ki, əlavələr edirik. “Rakuv”un müdafiədə yaxşı oyununu mütləq qeyd etməliyik. Belə komandalara qarşı oynamaq çoxları üçün asan deyil. Yenə də qol epizodlarımız az olmadı. Həm Zubir, həm Andrade, həm də digərləri belə görüşlərdə daha fəal olmalıdırlar. Ancaq bu gün də bacardıqları qədər hücumlarda iştirak etdilər. Zubirin ayağında top olanda 2-3 oyunçu onun ətrafında olurdu. Eləcə də, Andrade də eyni halla üzləşirdi. Bunu da nəzərə almalıyıq. Elə komandalar var ki, təkcə cinahları yox, bütün zonaları bağlayırlar. Daha güclü oynasaydıq, çox yaxşı olardı. Amma yenə də futbolçularımdan razı qaldım. Çox əziyyət çəkdilər”.

Paylaş

Xəbər lenti

Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Dünən, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Dünən, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Dünən, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Dünən, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Dünən, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Dünən, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Dünən, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Dünən, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Dünən, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Dünən, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Dünən, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Dünən, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Dünən, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Dünən, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Dünən, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Dünən, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Dünən, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Dünən, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Dünən, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Dünən, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Dünən, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Dünən, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Dünən, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Dünən, 16:48 "Qarabağ"ın xanım azarkeşləri üçün pulsuz biletlər Dünən, 16:48 Ahıl qadının çantasından pul kisəsini oğurladı - ANBAAN VİDEO Dünən, 16:48 Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib Dünən, 16:48 İranda elektrik enerjisinin verilişi məhdudlaşdırıldı Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR