
Polşa Belarusla sərhədə döyüş helikopterləri yerləşdirib.
"AVESTA.AZ" xəbər verir ki, bunu Polşa Silahlı Qüvvələri Baş Komandanlığının birinci müavini general Marek Sokolovski bildirib.
"1-ci Aviasiya Briqadası və 25-ci Hava Briqadasının helikopterləri yenidən qruplaşdırılıb. Artıq onların yerləşdiyi ərazilərin ilkin kəşfiyyatı aparılıb. Aviasiya sahəsində texniki brifinqlər keçirilib", - M.Sokolovski qeyd edib.
Onun sözlərinə görə, helikopterlər döyüşə hazır vəziyyətdədir: “Onları tam uçuş lisenziyası olan təcrübəli pilotlar idarə edir. Narahatedici bir hadisə baş verərsə, silahdan istifadə etməkdən çəkinməzlər”.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.