4-08-2023, 16:52 455

“Qəbələ”nin baş meneceri: “Omoniya”nın büdcəsi bizdən təxminən 10 dəfə çoxdur” - MÜSAHİBƏ

2022/2023 mövsümündə Azərbaycan Premyer Liqasında 4-cü yeri tutan və ölkə kubokunu qazanan “Qəbələ” cari mövsüm avrokuboklarla erkən vidalaşıb.

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Kipr klubu “Omoniya”ya hər iki oyunda məğlub olan (2:3, 1:4) “qırmızı-qaralar” artıq yalnız daxili yarışlar barədə düşünə bilər.

Komanda Premyer Liqanın 2023/2024 mövsümündəki ilk oyununu avqustun 6-da səfərdə gümüş mükafatçı “Sabah”a qarşı keçirəcək.

“AVESTA.AZ”un suallarını cavablandıran “Qəbələ”nin baş meneceri Nail Kərimov həm “Omoniya” ilə keçirilən matçları, həm də komandanın ölkə çempionatına hazırlığını dəyərləndirib.

- Evdəki mübarizədən sonra “Qəbələ”nin səfərdə də “Omoniya”ya çətin anlar yaşadacağı proqnozlaşdırılırdı. Böyükhesablı məğlubiyyətə səbəb kimi nəyi göstərmək olar?
- Xırda səbəbləri saysaq, sanki komanda oyuna yaxşı başlamadı. Ola bilər ki, stadionda yaranan ab-hava, Kiprdə havanın ağır olması təsir etdi. Bəzi futbolçular özlərini rahat hiss etmədilər, uğurlu start götürə bilmədik. Məsələn, İlkin Qırtımov isinmə hərəkətləri zamanı yüngül zədə aldı. Hətta protokolda dəyişiklik də edə bilərdik. Sonda meydana çıxmasına qərar verildi. Lakin mübarizəni davam etdirə bilmədi, məcburi əvəzləməyə əl atıldı. Digər oyunçularımızda da narahatlıq olduğu görünürdü. Məğlubiyyətə bəhanə gətirmək istəmirəm. Sadəcə, səbəb kimi bunları göstərə bilərəm.

- İki oyunun cəmində 7 qol buraxdınız. Komandanız avrokuboklara hazır deyildi, yoxsa püşkdə bəxtiniz gətirməmişdi?
- İlk oyundakı mübarizə komandanın avrokuboklara hazır olduğunu göstərirdi. Ancaq cavab görüşündə həmin mənzərəyə şahidlik edə bilmədik. Futbolda hər şey mümkündür. Mövsümə nə dərəcədə hazır olduğumuz qarşıdakı çempionat matçlarında daha aydın görünəcək. Ümumilikdə, həqiqətən də, bizə güclü rəqib düşmüşdü. “Omoniya”nın rəhbərliyi ilə söhbətimizdə də bizə məlum oldu ki, əsas komandalarının büdcəsi bizdən təxminən 10 dəfə çoxdur. Bu da istər-istəməz özünü göstərir. “Omoniya” yaxşı futbol göstərən komanda olmaya bilər. Amma fərdi cəhətdən güclü oyunçuları var ki, onlar da həmin fərqi yarada bildilər. Püşkdə daha güclü rəqib də düşə bilərdi. Potensial rəqiblər arasında “Fənərbağça” və PAOK da var idi. Amma digər tərəfdən “Neman” – “Vaduts” cütlüyünün qalibinə də rəqib ola bilərdik. “Neman” rəqibini keçdi, Malta komandası ilə düşdü. Yəni uyğun rəqiblərlə qarşılaşdı. Püşkü idarə etmək mümkün deyil. UEFA da hiss edir ki, Konfrans Liqasının II təsnifat mərhələsində bəzən güc balansı uyğun gəlmir. Buna görə də format dəyişəcək. Növbəti mövsümdən reytinqi yüksək olan ölkələrin çempionatda 2-ci yeri tutan və ya kuboku qazanan komandaları Avropa Liqasında çıxış edəcəklər. Belədə Konfrans Liqası bir az yüngülləşəcək.

- Kiprdə hansısa problemlə üzləşmədiniz?
- Kiprdə xırda məsələlər oldu. Ancaq klubun yanaşması fərqlidir. “Omoniya”nın Kiprin digər klublarından fərqləndiyi haqqında əvvəlcədən məlumatımız var idi. Özləri də bunu bildirmişdilər. Həmçinin, “Qarabağ” rəsmiləri ilə görüşümüzdə onlar da demişdilər ki, “Omoniya” daha tolerant klubdur. Adı da sülh mənasını verir. Bunu əməllərində də göstərdilər. Stadionda, meydançada və ondan kənarda maksimum kömək etməyə çalışdılar. Stadionun ərazisində heç bir qıcıqlandırıcı hadisə, təxribat olmadı. Kiprdə belə hallar baş verə bilir. Vaxtilə “Apollon”la görüş zamanı tribunada Azərbaycan bayrağına qarşı təhriqamiz hərəkətlər etmişdilər. Amma bu dəfə belə durumla üzləşmədik. İlk oyunun Qəbələdə keçirilməsinin də buna təsiri olmuşdu. Biz “Omoniya”ya necə münasibət göstərmişdiksə, eyni şəkildə cavab aldıq.

- Bu gün Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümü start götürür. Qarşıya qoyulan hədəf nədir?
- Çempionatdakı hədəf son üç ildə davam etdiyimiz yoldur. İlk növbədə qarşıdakı oyunda qələbə qazanmaq istəyirik. Ümumilikdə son iki ildə əldə etdiyimiz nəticələr, komandamızın oyunu yenə avrokubok zonasında olacağımıza ümid verir. Yeni futbolçularımızın potensialı da buna imkan verir. Ötən mövsümlərdən bizimlə birlikdə olanlara da inamımız böyükdür. Bunu onları komandada saxlamaqla da göstərmişik. Baş məşqçimizin bacarığına şübhəmiz yoxdur, işini bacaran mütəxəssisdir. Hədəfimiz həm növbəti oyunda qələbə qazanmaq, həm də yekunda avrokuboklara vəsiqə verən zonada qərarlaşmaqdır.

- Transfer bazarındakı fəaliyyətiniz davam edir, yoxsa bu məsələni yekunlaşdırmısınız?
- Əslində, komandaya bir futbolçu cəlb etmək istəyirik. Bu ehtiyacı hiss edirik. Xüsusən də, vinger mövqeyini gücləndirmək niyyətindəyik. Marafon uzundur, ehtiyac çox olur. Hücum xəttindəki oyunçuların zədələnmək ehtimalının daha yüksək olduğunu da nəzərə alırıq. Bu səbəbdən ön xəttə bir oyunçu götürmək vacibdir. Lakin hazırda büdcəmiz buna imkan vermir. Danışıq apardığımız, bəyəndiyimiz futbolçular var. Sadəcə, gözləmə mövqeyindəyik. Hansısa əlavə maddi dəstək olarsa, o zaman transfer barədə düşünəcəyik. Əks halda, təəssüf ki, məsələni bağlamaq məcburiyyətində qalacağıq. Ümid edirik ki, əlavə büdcə yaranar, istədiyimiz oyunçunu gətirərik.

Paylaş

Xəbər lenti

Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Dünən, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Dünən, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Dünən, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Dünən, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Dünən, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Dünən, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Dünən, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Dünən, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Dünən, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Dünən, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Dünən, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Dünən, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Dünən, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Dünən, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Dünən, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Dünən, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Dünən, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Dünən, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Dünən, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Dünən, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Dünən, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Dünən, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Dünən, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Dünən, 16:48 "Qarabağ"ın xanım azarkeşləri üçün pulsuz biletlər Dünən, 16:48 Ahıl qadının çantasından pul kisəsini oğurladı - ANBAAN VİDEO Dünən, 16:48 Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib Dünən, 16:48 İranda elektrik enerjisinin verilişi məhdudlaşdırıldı Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR