5-08-2023, 00:10 1023

Bu gün Azərbaycan Hərbi Donanması Günüdür

5 Avqust – Azərbaycan Hərbi Donanması Günüdür.

"AVESTA.AZ" xəbər verir ki, Azərbaycan Hərbi Donanması 1919-cu ildə Azərbaycan Xalq Cumhuriyyəti dövründə yaradılıb.

Belə ki, 1919-cu ilin yayında ingilislər Bakını tərk edərkən şəhər limanının idarəçiliyini və hərbi gəmilərin bir hissəsini Azərbaycan hökumətinə təhvil verdilər. Bu gəmilərin əsasında Azərbaycan Xəzər Hərbi Dəniz Donanması təşkil edildi. Azərbaycan hökumətinin bu tədbiri ölkənin dəniz sərhədlərinin qorunmasında mühüm addım oldu.

1919-cu ilin sonlarında general İbrahim ağa Usubovun başçılıq etdiyi Azərbaycan hərbi missiyası donanma üçün xaricdən 6 birtoplu qırıcı kater, 12 qırıcı kater, 6 sualtı qayıq, 92 gəmi topu, 10 sahil topu, simsiz teleqraf qurğuları və s. aldı.

Azərbaycan Hökuməti Rusiya donanmasının admiralı, Şimal qütbünə ekspedisiyanın iştirakçısı, türk əsilli İslamovu milli donanmanın yaradılması işinə kömək göstərmək üçün 1919-cu ilin yayında Azərbaycana dəvət etdi. “Astrabad”, “Qars” və “Ərdəhan” hərb gəmilərinin komandirliyi azərbaycanlı kapitanlara tapşırıldı.

Hərbi donanmanın maddi-texniki bazasının və kadr təminatının gücləndirilməsi planları aprel işğalı nəticəsində həyata keçirilməmiş qaldı. Az sonra bolşeviklərin gəlişi ilə Azərbaycan hərbi donanması ləğv olundu.

SSRİ dağıldıqdan sonra Azərbaycanda da hərbi-dəniz donanmasının təşkilinə şərait yarandı.

1992-ci il aprelin 7-də Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri Qərargahı, mühafizə və təminat rotası yaradıldı. Xəzər Hərbi Dəniz Donanmasının 25 %-i və Ali Hərbi Dənizçilik Məktəbi Azərbaycan Respublikasının ixtiyarına verildi.

1992-ci il iyunun 26-da “Bakılı” keşikçi gəmisində Azərbaycan Respublikasının dövlət bayrağı qaldırıldı.

Nazirlər Kabinetinin 1996-cı il 15 iyul tarixli qərarı ilə Bakı Dəniz Yolları Məktəbinin bazasında Azərbaycan təhsilinin yeni istiqaməti kimi ali təhsilli dənizçi kadrlar hazırlayan Azərbaycan Dövlət Dəniz Akademiyası yaradıldı.

Ümummilli Lider Heydər Əliyevin 1996-cı ildə imzaladığı Fərmana əsasən hər il avqustun 5-i ölkədə Hərbi Donanma Günü kimi qeyd olunur.

Paylaş

Xəbər lenti

İranda zəlzələ olub, Naxçıvanda da hiss edilib Bu gün, 09:48 Yas mərasiminə gedən ehtiyatda olan zabit faciəli şəkildə öldü - Təfərrüat Bu gün, 09:48 Aeroport yolunda zəncirvari qəza Bu gün, 09:48 Azərbaycan Premyer Liqasında XII tura 2 oyunla yekun vurulur Bu gün, 09:48 İranın Qərbi Azərbaycan vilayətində zəlzələ baş verib Bu gün, 00:48 SEPAH ABŞ-ın Bəhreyndəki iki hərbi bazasına hücum edib Bu gün, 00:48 Prezidentin sosial media hesablarında Vyetnama rəsmi səfərinin yekunlarına dair videoçarx paylaşılıb Dünən, 23:48 Ağdama həsr olunan klip yayımlanıb Dünən, 23:48 İcra hakimiyyətində struktur dəyişiklikləri aparıldı: Yeni təyinatlar Dünən, 23:48 Dərman almağa gedənlər saatlarla ayaq üstə qalırlar Dünən, 23:48 Tramp: Ukraynada genişmiqyaslı atəşkəslə bağlı iş gedir Dünən, 22:48 Sevinc Maniyeva vəfat etdi Dünən, 22:48 Paşinyan TRIPP layihəsinin icrasına noyabrın 22-də yox, 23-də başlanılacağını açıqlayıb Dünən, 22:48 Bakıda "Lipid Məktəbi" keçirilib – dislipidemiyaların idarə olunmasında müasir yanaşmalar müzakirə edilib Dünən, 22:48 Əraqçi: Hörmüz boğazının yenidən açılması çətin məsələ deyil Dünən, 22:48 Tahir Abdullayev UFC-də ikinci qələbəsini qazanıb Dünən, 22:48 Abort zamanı vəfat edən Yeganə həkim səhlənkarlığının qurbanı olub Dünən, 22:48 Makoley Kalkin yenidən "Evdə tək" filmində çəkiləcək Dünən, 22:48 Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb Dünən, 22:48 Vətəndaş əlillik dərəcəsinin ləğv olunmasından narazıdır: "Dedilər ki, çəkin çoxdur" Dünən, 22:48 "Haber Global" Azərbaycan və Vyetnam prezidentlərinin görüşündən süjet hazırladı Dünən, 20:48 İlham Zəkiyev Qran-Pridə bürünc medal qazanıb Dünən, 20:48 Bəzi Aİ ölkələri Ukrayna, Rusiya və ABŞ ilə danışıqlarda iştirak edə biləcək Dünən, 20:48 Milli parkın ərazisində qanunsuz ov edən şəxs saxlanıldı Dünən, 20:48 Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib Dünən, 19:48 Azərbaycanda 10 məktəbə yeni direktor təyinatı - Rəsmi Dünən, 19:48 Azərbaycanla Vyetnam arasında birbaşa uçuşların təşkili təşviq ediləcək Dünən, 19:48 Tanınmış zərgər Paolo Bulqari 89 yaşında vəfat edib Dünən, 19:48 Qəribabadi: İranla ABŞ arasında danışıqlar aparılmır Dünən, 19:48 Azərbaycan-Vyetnam strateji tərəfdaşlığı: əməkdaşlığın prioritetləri müəyyənləşdirilib Dünən, 19:48 İlham Əliyev: "Mən Vyetnama səfərimin nəticələrindən çox məmnunam" Dünən, 18:48 Məleykə Abbaszadə rektor köməkçisini işdən azad edib? - Rəsmi açıqlama Dünən, 18:48 Leyla Əliyeva Vyetnam səfərindən paylaşım edib Dünən, 18:48 Emin Mahmudovun fotosu Nyu-Yorkun mərkəzindəki məşhur ekranda yayımlanıb Dünən, 18:48 Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonası açılıb Dünən, 18:48 Kartdan-karta köçürmələrə daha sərt məhdudiyyətlər gəlir? - Yeni təklif Dünən, 18:48 Azərbaycan ilk dəfə oğlanlar arasında basketbol üzrə U-20 Avropa çempionatına ev sahibliyi edəcək Dünən, 18:48 Bakıda yolu keçmək istəyən 62 yaşlı qadını maşın vurdu Dünən, 18:48 Azərbaycanlıların avtomobil seçimi dəyişir: Hansı markalara maraq artır? Dünən, 17:48 Səyyad Arandan nazirliklərə xəbərdarlıq: "Parlamentdə adlarını çəkəcəyəm" Dünən, 17:48 Ekspert: "Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır" Dünən, 17:48 Bakıda istilik problemi: Magistral xətdə axıntı, binada ventil oğurluğu Dünən, 17:48 Adil Kərimli hindistanlı həmkarı ilə mədəni əlaqələrin inkişaf perspektivini müzakirə edib Dünən, 17:48 Pezeşkian enerjiyə qənaət üçün iş otağında işıq və istiliyi söndürüb Dünən, 16:48 Bədavi Hüseynova görə millimizə texniki məğlubiyyət veriləcək? Dünən, 16:48 Kirayənişin 2 il qaldığı evi BU HALA SALDI Dünən, 16:48 İraqda qaz kəməri partladı: Dörd ölü, xeyli yaralı var Dünən, 16:48 Azərbaycan Basketbol Liqası: Təxirə salınmış matçda "Sabah" qələbə qazanıb Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR