
Təhlükə potensiallı obyektlərin Elektron Məlumat Bazası yaradılacaq.
Nazirlər Kabonetindən "Report"a verilən məlumata görə, Baş nazirin müavini Şahin Mustafayevin sədrliyi ilə təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə Koordinasiya Komissiyasının ilk iclası keçirilib.
Toplantıda bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti 24 sentyabr 2022-cü il tarixində Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb. Bu il iyulun 18-də Komissiyanın Əsasnaməsi təsdiq olunub. Əsasnamədə Komissiyanın fəaliyyət istiqamətləri, hüquq və vəzifələri, fəaliyyətinin təşkili öz əksini tapıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.