
"Səbail" klubu Niderlandın "Telstar" komandasından futbolçu transfer edib.
Paytaxt təmsilçisindən "AVESTA.AZ"a verilən məlumata görə, "dənizçilər" 26 yaşlı yarımmüdafiəçi Anass Nacahı heyətinə qatıb.
Niderlandlı oyunçu ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Anass Nacah ölkəsinin "Valveyk" və Kiprin "Akritas" klublarında da çıxış edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.