8-08-2023, 13:53 567

Fransanın çöküşü - Afrikadakı 500 illik ağalığın sonu - ŞƏRH

Dünyaya hökm edən dövlətlərdən olmuş Fransa qlobal miqyasda çöküşünü yaşayır. Bunun üçün çoxsaylı faktlar və hadisələr sadalamaq olar.

Ötən gün Fransanın 94 senatoru məktub yazaraq Prezident Emmanuel Makronun Afrika siyasətinin iflasa uğradığını bildiriblər. Onlar Afrikanın Fransa ilə əlaqələrdən imtina etdiyini və bütün bəlalara görə məsuliyyəti fransalı “Böyük şeytan”ın daşıdığını vurğulayıblar. Senatorlar qeyd ediblər ki, Mali, Mərkəzi Afrika Respublikası, Burkina-Faso, indi isə Niger Fransadan, onun şirkətlərindən və ordusundan imtina edir, ölkədə anti-Fransa nümayişləri keçirilir. Senatorlar Makrondan Moskva və Pekinin nüfuzunun Afrikada yüksəlməsinə Parisin imkan verməsinin səbəbini soruşublar: “Dünənki Franko-Afrikanı Russo-Afrika hərbçiləri, Çin-Afrika iqtisadiyyatı və ABŞ-Afrika diplomatiyası əvəzləyəcək”. Onlar frankofoniyanın ingilis dili ilə müqayisədə tənəzzülünün məyusedici olduğunu bildiriblər. Eyni zamanda senatorlar anti-Fransa nümayişlərinin Parisə dost sayılan Kot-d-İvuarda, yaxud Seneqalda da keçirildiyini qeyd ediblər.

Fransanın Əlcəzairdə törətdikləri tarixin ən böyük üz qaralarındandır. Bu ölkədə fransız dili artıq ingiliscə ilə əvəz edilir. Senatorlar Prezident Əbdülməcid Tebbunun Parisə rəsmi səfərini daima təxirə salmasında da, “Böyük şeytanı” ittiham ediblər, əlcəzairlilərin bütün məzlumiyyətlərinə görə məsuliyyəti onun daşıdığını vurğulayıblar. Mərakeşin də Fransadan uzaqlaşdığı və özünə yeni tərəfkeş axtardığı məsələsi də qeyd edilib.

Nigerdəki çevriliş Fransanın Afrika siyasətinin fiaskoya uğradığını bir daha təsdiqləyir. Rəsmi Paris vətəndaşlarını ölkədən təxliyə etməyə başlayıb. Fransa Xarici İşlər Nazirliyi isə bildirib ki, vətəndaşlarına, hərbçi və diplomatlarına hücumun cavabı təxirə salınmadan veriləcək: “Prezident Emmanuel Makron Fransa maraqlarına hücuma dözməyəcək”. Bu, Fransa hərbisi və diplomatiyasının Afrikada iflasının, məğlubiyyətinin etirafıdır. Baş verənlərə əsasən ehtimal etmək olar ki, Fransa Afrikadan növbəti dəfə qovulur. Başqa sözlə, bu qitənin vətəndaşları Fransanın yeni müstəmləkəçilik siyasəti ilə yaşamaq istəmirlər.

Qeyd edək ki, ilk dəfə qitədə Fransa müstəmləkəsi 1524-cü ildə yaradılıb. Qitənin ərazisinin 35 faizi 300 il onun nəzarəti altında olub. Seneqal, Kot-d-İvuar və Benin qul ticarəti mərkəzinə çevrilmişdi. Fransa Afrikanın yeraltı, yerüstü sərvətlərini talayır, insanlarını isə qul kimi satırdı. Qitənin istənilən bölgəsində onların ağalığına qarşı üsyanın qarşısı sərt şəkildə alınırdı. Afrika xalqları bu mübarizədə iki milyondan çox qurban veriblər.

Dünya dəyişsə də, Fransanın Afrika xalqlarına və dövlətlərinə münasibəti dəyişməyib. Son illər Emmanuel Makronun “yumşaq güc” siyasəti də iflasa uğrayır. Çünki fransalılar hələ də elə zənn edirlər ki, qitənin əhalisi, ölkələri Fransanın qulları, müstəmləkə torpaqlarıdır. Buna sübut olaraq 2014-ü ildə Mali, Burkina-Faso, Mavritaniya, Niger və Çada “islamçı qruplaşmalara qarşı” mübarizə üçün 5000 hərbçinin iştirakı ilə keçirdiyi “Barxan” əməliyyatını göstərmək olar.

Fransa Asiyadan da sıxışdırılır. Ərəb ölkələrinin çoxu uzun illərdir əlaqələrdə üstünlüyü ABŞ, Böyük Britaniya, Çin və Türkiyəyə verirlər. Fransanın Livandakı əməlləri onun ərəb dünyasında da siyasətinin uğursuzluğunu təsdiqləyir. Vyetnam, Kamboca, Laos kimi keçmiş müstəmləkə əraziləri də Fransadan imtina ediblər. Bu ölkələr də ABŞ, Avstraliya, Çin və Yaponiya ilə əməkdaşlığa üstünlük verirlər.

Emmanuel Makron və başçılıq etdiyi komanda Afrikadakı iflası Cənubi Qafqaza soxulmaqla əvəzləməyə çalışır. Ancaq ənənəvi qərəzli yanaşması onun bölgədən çıxması ilə nəticələnəcəyini, yaxud yer tuta bilməyəcəyini deməyə əsas verir.

Bəs Fransa niyə iflas olur? İlk növbədə, bu ölkə keçmiş müstəmləkə ölkələrinə münasibətini dəyişə bilmir. Hələ də onları qul, özünü quldar görür. Fransanın xarici siyasətində dini ayrı-seçkilik aparıcı ideologiyadır. Ölkə daxilində belə insanlar dərilərinin rənglərinə görə, irqi ayrı-seçkiliyə məruz qalırlar.

Daim demokratik dəyərləri ilə seçilən ölkə beynəlxalq aləmdə bu sifətini qoruya bilmir. Azərbaycan-Ermənistan məsələlərinə münasibətdə bunu daha aydın görmək mümkündür. 30 il işğalçını müdafiə etmiş Yelisey sarayı ədalətli vasitəçi və münaqişələrə də hakim ola bilməz. Odur ki, Fransa qlobal münaqişələrdə vasitəçi olmaq kimi missiyadan da məhrum olur.

Ölkə iqtisadiyyatında elə ciddi inkişaf nəzərə çarpmır. Bunun başlıca səbəblərindən biri kimi onun iqtisadi əməkdaşlığı siyasi ambisiyalarına qurban verməsi göstərilir. Fransa kimi ölkədə əhalinin 10 faizi kasıblıq həddindən aşağı səviyyədə yaşayır. Ehtimal etmək olar ki, sosial-iqtisadi geriləməsi onun “Böyük 7”likdəki (“G7”) yerinin laxlayacağını ehtimal etməyə əsas verir.

Beləliklə, 500 il Afrikada mövcud olan, Avropa İttifaqının aparıcı dövləti sayılan Fransanın çöküşü davam edir. Hazırda onun Afrikadan qovulmasının növbəti dalğası baş verir. Onun dünya gücü kimi səhnədən gedəcəyi gün də uzaqda deyil. Dünya ictimaiyyəti möhtəşəm imperiyalardan olmuş, demokratiya mərkəzi olaraq çıxış etmiş Fransanın iflasına tarixi şahidlik edir.

Paylaş

Xəbər lenti

Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Dünən, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Dünən, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Dünən, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Dünən, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Dünən, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Dünən, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Dünən, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Dünən, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Dünən, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Dünən, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Dünən, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Dünən, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Dünən, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Dünən, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Dünən, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Dünən, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Dünən, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Dünən, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Dünən, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Dünən, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Dünən, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Dünən, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Dünən, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Dünən, 16:48 "Qarabağ"ın xanım azarkeşləri üçün pulsuz biletlər Dünən, 16:48 Ahıl qadının çantasından pul kisəsini oğurladı - ANBAAN VİDEO Dünən, 16:48 Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib Dünən, 16:48 İranda elektrik enerjisinin verilişi məhdudlaşdırıldı Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR