10-08-2023, 10:48 447

İran qadağalar ölkəsi – rejimdən bezib qaçan idmançıları

Bakıda şahmat üzrə Dünya Kuboku keçirilir. Turnir avqustun 24-dək davam edəcək. Bu yarışda əslən İrandan olan, İspaniya vətəndaşı Hademalşaryex Sarasadat da iştirak edir. Onun Bakıya səfəri istər-istəməz ötənilki hadisəni yada saldı.

Onun turnirdə İspaniya bayrağı altında çıxış etməsinin əsas səbəbi Tehran rejiminin ölkə vətəndaşları üçün yaratdığı ictimai-siyasi, mədəni şəraitin dözülməzliyidir.

Hademalşaryex Sarasadat 2022-ci il dekabrın 25-30-da Qazaxıstanın Almatı şəhərində rapid və blits üzrə dünya çempionatında Tehran rejiminin tətbiq etdiyi hicabı geyinməkdən imtina edib. Bununla da Hademalşaryex Sarasadat İranda keçirilən “Qadın, Azadlıq, Ədalət!” şüarı ilə etiraz aksiyası keçirənləri dəstəkləyib. Yarış başa çatandan sonra o, ailəsi ilə birlikdə İspaniyaya gedib.

Yeri gəlmişkən, xanım Sarasadat hazırda Bakıda davam edən Dünya Kubokunda mübarizəni ikinci mərhələdə dayandırıb.

Tehran bələdiyyəsinn "İran" adlı qəzetinin idman yarışlarını işıqlandırmaq üçün Avstraliyaya ezam olunan reportyoru Səid Zahidian və fotoqraf Nəim Əhmədi bir müddət əvvəl İrana qayıtmaqdan imtina ediblər. Onlar ezam olunduqları ölkədən sığınacaq istəyiblər.

Onlar bu addımı Tehran rejiminin etiraz aksiyalarını işıqlandıran KİV nümayəndələrinə təzyiq və təqibinə qarşı atdıqlarını bildiriblər. 2022-ci il sentyabrın 17-dən İranda başlayan etiraz aksiyaları və hadisələri işıqlandıran jurnalistlərin həbs olunması halları artıb. Bu isə KİV nümayəndələrinin ölkədən qaçmasına səbəb olub. İnsan hüquq müdafiəçilərinin məlumatına görə, son 10 ayda İran hakimiyyəti 100-ə qədər jurnalist həbs edib.

Tehran rejimi media sahəsində çalışanlara təzyiq etməklə ölkə Konstitusiyasının söz və mətbuat azadlığı ilə bağlı müddəalarını da pozur.

İran rejiminin anti-insani addımlarından biri də İsraillə bağlıdır. Bu ölkənin idmançısı yəhudi dövlətindən olan həmkarı ilə qarşıplaşmaqdan imtina etməlidir. Bu, elan olunmayan bir qaydadır. Əks halda onu rejim çox ciddi şəkildə cəzalandırır. İran rejiminin anti-İsrail siyasətinin qurbanı olan idmançılardan biri də Səid Mollayidir.

2019-cu ildə cüdo üzrə Tokioda keçirilən yarışda İran hakimiyyəti ona tapşırıb ki, israilli idmançı ilə qarşılaşmamaq üçün yarımfinalda belçikalı rəqibinə uduzmalıdır. Bu yarışdan sonra Mollayi İran bayrağı altında çıxış etməkdən imtina edərək Almaniyadan sığınacaq alıb.

2022-ci ilin oktyabrında Cənubi Koreyada keçirilən dağa dırmanma üzrə yarışda İran idmançısı Elnaz Rəqabi hicabsız çıxış edib. İranın kamandan oxatma üzrə milli komandasının üzvü Parmida Qasemi idman rəsmilərinin önündə çarşabını çıxarıb. O bu addımı İranın paytaxtı Tehranda keçirilən Körfəz Kubokunun mükafatlandırma mərasimində atıb. Konkisürən Niloufar Mərdani isə Türkiyənin İstanbul şəhərindəki yarışın mükafatlandırma mərasimində eyni şəkildə davranıb.

Elnaz Rəqabiyə təzyiqlər artdığı üçün addımından peşman olduğunu etiraf edib. İranın Seuldakı səfirliyi isə belə hadisənin baş vermədiyini bildirərək, onu dezinformasiya adlandırmışdı.

Məşhur futbolçular Əli Daei və Əli Kərimi İrandakı etiraz aksiyalarını dəstəklədikləri üçün təzyiq, təqib və hədələrə məruz qalıblar. Hazırda onların ölkədə olmadıqları bildirilir.

İranda xüsusən qadınların kişilərin yarışlarını, o cümlədən futbolu stadiondan izləməsi qadağandır. Bu yaxınlarda İran - Mərakeş qarşılaşması keçirilib. Bu oyunu izləmək üçün qadınların da Tehranın “Azadi” stadionuna buraxılacağı barədə razılıq verilmişdi. Ancaq son anda bu icazə ləğv edilib.

Ancaq Rusiyanın Sankt-Peterburq şəhərində İran yığmasının oyununu iranlı qadınlar hicabsız izləyiblər.

İran vətəndaşları, o cümlədən qadınlar ictimai həyatın bir sıra sahələrində azadlıq tələb edir. Rejim isə onları təqib etməklə yanaşı, təzyiq və işgəncəyə məruz qoyur. İşgəncələr, təzyiqlər və təqiblərdən cana doyanlar ilk fürsətdə ölkədən getməyə, başqa dövlətə sığınmağa üstünlük verirlər.

İranda qadınlar arasında qol güləşi yarışının keçirilməsi qadağan edilib. Ona görə qadınlar bu idman növü ilə gizli şəkildə məşğul olurlar. Röya Mahbudi Asiyanın qadın qol güləşçiləri arasında ən güclülərdən sayılır.

İran idançılarının və vətəndaşlarının vəziyyəti yada keçmiş sovet adamlarını salır. Onlardan məşhur şahmatçı Viktor Korçnoyu xatırlamaq istərdik. On dəfə dünya çempiontının finalında oynamış bu idmançıya SSRİ-də yaşamaq çətin oldu. O, İsveçrəyə sığınaraq həyatını orada başa vurdu.

Tehran rejimi İranı qadağalar ölkəsinə çevirib. Orada yaşamaqdan heç kim zövq almır. İdmançılar adətən seçilməyə daha çox can atan insanlardır. Onlar öz ölkələrində istəklərini həyata keçirə bilmirlər. Yaşamaq, yarışmaq üçün başqa dövləti seçirlər.

Paylaş

Xəbər lenti

Şahzadə Uilyam və Keyt Midltonun evinə girməyə cəhd – iki nəfər saxlanıldı Bu gün, 14:48 Kamçatka sahillərində 4,5 maqnitudalı zəlzələ oldu Bu gün, 14:48 Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşüb Bu gün, 14:48 Litva XİN rəhbəri: Bu gün "Sabah"-"Barselona" matçında olacağam Bu gün, 14:48 Azərbaycanda yeni mərkəz yaradılır - FƏRMAN Bu gün, 14:48 Tərbiyəçi-müəllimlərin işə qəbulu başlayır Bu gün, 14:48 İlham Əliyevdən ixracda hesablaşmalarla bağlı fərman Bu gün, 14:48 Hacıqabulda seldən zərər çəkmiş fermerə 3 min manata yaxın ödəniş edilib Bu gün, 14:48 Küləkli hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq Bu gün, 14:48 "Vətən daşı" sənədli filmi "Youtube"da təqdim edilib Bu gün, 14:48 100 milyon il əvvəl su üzərində yeriyən çəyirtkə növü aşkarlanıb Bu gün, 14:48 AYNA: Qusar-Bakı yolunda növbəti elektron tərəzi quraşdırılıb Bu gün, 13:48 Bakıda 23 məktəbə yeni direktor təyin edilib Bu gün, 13:48 Beyləqanın Təzəkənd yaşayış yerində qədim tikili qalıqları aşkarlanıb Bu gün, 13:48 400 tondan artıq təhlükəli toyuq əti məhsulunun dövriyyəsi ilə bağlı üç nəfərə cinayət işi başlanıb Bu gün, 13:48 Bakıda qadın hamamda dəm qazından boğularaq ölüb Bu gün, 13:48 PAŞA Bank KOB-lar üçün yeni "Çevik Kredit" məhsulunu təqdim edir Bu gün, 13:48 Qvardiola İtaliya millisindən aldığı təkliflə bağlı ilk dəfə danışdı Bu gün, 13:48 Altsheymer xəstəliyinin inkişafını ləngidən yeni preparat hazırlanıb Bu gün, 13:48 13 yaşında satışa başladı, 16 yaşında az qala müflis oldu – milyarder uğur sirrini açıqladı Bu gün, 13:48 Azərbaycanla Litva arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb Bu gün, 12:48 Bir turist Azərbaycanda nə qədər pul xərcləyir? - Məbləğ açıqlandı Bu gün, 12:48 Azərbaycan və Litva XİN başçıları arasında görüş başlayıb Bu gün, 12:48 Qubada kişi sevgilisinin adına kredit götürdü, qadınlar dalaşdılar - Təfərrüat Bu gün, 12:48 Bakıda 14, rayonlarda 18 dərəcə isti olacaq Bu gün, 12:48 Özbəkistan parlamentinin sədri Zəfər parkını ziyarət edib Bu gün, 12:48 Mərhum nazirin gəlini ilk dəfə qayınanası ilə görüntülərini paylaşdı Bu gün, 12:48 Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib Bu gün, 12:48 Bakıda şagirdlər arasında insident - DİN-dən açıqlama Bu gün, 12:48 2026-cı ilin ən gözəl qızı seçildi Bu gün, 12:48 Təhsildən praktikaya, icradan auditə Bu gün, 12:48 Naxçıvanda Vasif Talıbovun imzaladığı 47 fərman ləğv edilib Bu gün, 11:48 İmişli və Saatlının bəzi kəndlərində qaz kəsilib Bu gün, 11:48 "Azərsun Holdinq"in istehsalat müəssisələrində birgə infotur keçirilib Bu gün, 11:48 Rəhman Daşdəmirov: "Barselona"ya qarşı oynamaq hər futbolçunun arzusudur" Bu gün, 11:48 Milyon yarımlıq yanacaq hara gedib? - Hərbçilərlə birgə 15 nəfər ittiham edilir Bu gün, 11:48 Birbank-dan yeni rəqəmsal imkan: bank çıxarışınızı özünüz hazırlayın Bu gün, 11:48 "Qarabağ"da gözlənilməz ayrılıq baş verə bilər Bu gün, 11:48 Özbəkistan parlamentinin sədri Azərbaycana gəlib, "Yol xəritəsi" imzalanacaq Bu gün, 11:48 Gəncədə güclü külək ağacı aşırıb, evə və iki avtomobilə ziyan dəyib Bu gün, 10:48 Bu şəxslərə güzəştlər tətbiq olunacaq - Gələn il yanvarın 1-dən... Bu gün, 10:48 Azərbaycan Tibb Universitetində akademik Adilə Namazovanın 100 illiyi qeyd olunub Bu gün, 10:48 Bu gün 7 kənddə işıq kəsiləcək Bu gün, 10:48 Kəmaləddin Heydərovun Ağdamdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib Bu gün, 10:48 Bu rüsum 4 dəfəyə qədər azaldılır Bu gün, 10:48 Analiz vermək adı ilə xəstəxanada keçmiş həyat yoldaşını öldürən şəxsin işi Ali Məhkəmədə Bu gün, 10:48 Bəzi rayonlara qar yağır, külək güclənir - Faktiki hava Bu gün, 10:48 Ombudsman qadınlara qarşı zorakılığa son qoymağa çağırıb Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR