
İranın Şiraz şəhərində səhər saatlarından etibarən qamışlıq sahədə yanğın başlayıb.
“AVESTA.AZ” xəbər verir ki, məlumatı “Tasnim” agentliyi yayıb.
Bildirilib ki, yanğınsöndürənlər yanğını lokallaşdırmaqda çətinik çəkirlər.
Buna görə də yanğını havadan söndürməyə ehtiyac yaranıb.
Hadisə nəticəsində şəhərin böyük bir hissəsinin səmasını tüstü bürüyüb.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.