
Türkiyə "Fənərbağça"sı İngiltərə "Mançester Yunayted"inin futbolçusu Fredi transfer edib.
"AVESTA.AZ" klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçi tibbi müayinədən keçmək və müqaviləyə imza atamaq üçün avqustun 12-də İstanbula yollanacaq.
Hələlik 30 yaşlı oyunçu ilə sözləşmənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Fred 2018-ci ildən "Mançester Yunayted"də çıxış edirdi. Təcrübəli futbolçu "qırmızı şeytanlar"ın heyətində 213 oyun keçirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.