
Nigeriyanın şimalındakı Kaduna ştatının Zaria şəhərində cümə günü inanclılarla dolu məscidin uçması sonucunda 7 nəfər ölüb, bir neçə nəfər yaralanıb.
“Report” ə istinadən xəbər verir ki, Zaria Əmirliyi şurasının sözçüsü Abdullahi Kvarbai olayın şəhərin mərkəzi məscidində yüzlərlə möminlərin günorta namazı zamanı baş verdiyini açıqlayıb.
“Əvvəlcə 4 meyit aşkarlanıb, xilasedicilər dağılmış məsciddə axtarış apardıqdan sonra daha 3 cəsəd tapılıb”, - o deyib.
Agentlik vurğulayıb ki, Afrikanın ən sıx məskunlaşdığı, qaydaların zəif gözlənildiyi və tikinti materiallarının çox vaxt keyfiyyətsiz olduğu ölkədə binaların uçması tez-tez baş verir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.