14-08-2023, 16:58 589

“Vaşinqtonun arzuolunmaz presedentə yol açan mövqeyi qəbuledilməzdir” - RƏY

“Vaşinqtonun beynəlxalq hüquqa hörmətsizliyi təşviq edərək arzuolunmaz presedentə yol açan mövqeyi qəbuledilməzdir”.

Bunu “AVESTA.AZ”a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, ötən gün ermənilərin Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğuna girişi bağlaması beynəlxalq hüquqa zidd formada diplomatik missiyanın rahat fəaliyyətinə müdaxilə və Diplomatik münasibətlər haqqında 1961-ci il Vyana Konvensiyası, Konsulluq əlaqələri haqqında 1963-cü il Vyana Konvensiyası, BMT-nin immunitet və imtiyazları haqqında 1946-cı il Konvensiyasının aşkar və kobud pozuntusudur: “Adıçəkilən sənədlər müvafiq olaraq beynəlxalq müdafiədən istifadə edən xarici dövlət nümayəndəsinə, onun xidməti və ya yaşayış sahələrinə, yaxud nəqliyyat vasitələrinə, onların sərbəst hərəkətinə hər hansı müdaxilə və hücumu yolverilməz hesab edir. Beynəlxalq müqavilələrdə təsbit olunan bu immunitet və imtiyazlara, o cümlədən təhlükəsizliyə diplomatik missiyanın ərazisində yerləşdiyi dövlət təminat verməlidir. 1961-ci il Vyana Konvensiyasının 22-ci maddəsində açıq mətnlə qeyd edilir ki, diplomatik nümayəndəliklərin binalarını istənilən müdaxilədən, zərər yetirilməsindən qorumaq, nümayəndəliyin rahatlığının hər cür pozulması hallarının qarşısını almaq üçün qəbul edən dövlət bütün müvafiq tədbirləri görməlidir. Amma Los-Ancelesdəki erməni icması adı altında əksəriyyəti ASALA və digər erməni terror təşkilatlarının nümayəndələrindən ibarət olan və bunu geyim və şüarları ilə gizlətməyən aksiya iştirakçılarının beynəlxalq hüququ kobud formada pozması fonunda ABŞ polisi sadəcə seyrçi qalmağa üstünlük verdi”.

Deputat xatırladıb ki, ermənilərin açıq terror təhdidləri və çağırışlarına ABŞ "sərbəst toplaşma və ifadə azadlığı" zəminində yanaşdı: “O ABŞ ki hər il ifadə və sərbəst toplaşmaq azadlığından istifadə etmək istəyən 1000-1200 amerikalını sorğusuz-sualsız güllələyir. Yaxud onlarla siyasətçi və jurnalisti həbsxanada çürüdən Paşinyanı "Demokratiya Sammitinə" dəvət edir”.

B.Məhərrəmov bildirib ki, Vaşinqtonun beynəlxalq hüquqa hörmətsizliyi təşviq edərək arzuolunmaz presedentə yol açan mövqeyi qəbuledilməzdir: "Lakin görünən odur ki, ABŞ bu təhlükəli davranışla artıq effektiv nəticə verməyən Qarabağda "humanitar fəlakət" şousuna diqqəti artırmaq istəyir. Vaxtaşırı Dövlət Departamentindən gələn, dövlətlərin ərazi bütövlüyü və suverenlik haqlarına etinasız yanaşan tezislərlə səhifələrində Azərbaycana palaz-palaz yer ayıran, bizə insan haqlarından mühazirə oxuyan "müstəqil Amerika mediası" isə Los-Ancelesdəki beynəlxalq hüququn təhlükəli formada pozuntusunu görməzdən gəlir. İslam İnqilabından sonra Tehrandakı ABŞ səfirliyinə hücumu pisləməkdən, haqqında film çəkdirməkdən, kitablar yazdırmaqdan usanmayan ABŞ ötən gün Los-Ancelesdəki konsulluğumuzun normal fəaliyyətinin pozulmasına şərait yaratmaqla əslində inqilab sonrası İranından mahiyyətcə fərqlənmədiyini göstərir”.

"Əlbəttə, biz ABŞ-nin daxili məsələlərinə qarışmaq niyyətində deyilik, amma beynəlxalq hüququn tamhüquqlu subyekti kimi, hüquq-mühafizə sisteminin, daxili nəzarət şəbəkəsinin güclü olduğu, az qala hər bir fərdin nəzarət altında olduğu bir ölkə olan ABŞ-dan beynəlxalq öhdəliklərinə hörmətlə yanaşmağı tələb edir, Baş konsulluğumuz ətrafında çirkin olaylarla bağlı ən qısa zamanda qəti addımlar atmağa çağırırıq", - Milli Məclisin üzvü vurğulayıb.

Paylaş

Xəbər lenti

Bir telekanalın yayımı dayandırıldı Bu gün, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Bu gün, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Bu gün, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Bu gün, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Bu gün, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Bu gün, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Bu gün, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Bu gün, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Bu gün, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Bu gün, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Bu gün, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Bu gün, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Bu gün, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Bu gün, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Bu gün, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Bu gün, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Bu gün, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Bu gün, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Bu gün, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Bu gün, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Bu gün, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Bu gün, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Bu gün, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Bu gün, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Bu gün, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Bu gün, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Bu gün, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Bu gün, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Bu gün, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Bu gün, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Bu gün, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Bu gün, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Bu gün, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Bu gün, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Bu gün, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Bu gün, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Bu gün, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Bu gün, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Bu gün, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Bu gün, 16:48 Məşhur xanəndənin qayınanası: "Adını eşidən kimi sevinirəm" Bu gün, 16:48 Azərbaycan neft ixracından gəlirlərini 12 %-dən çox artırıb Bu gün, 16:48 Azərbaycanda nəvə babasının evini qarət etdi Bu gün, 16:48 Xətaidə çoxmərtəbəli yaşayış binasında YANĞIN Bu gün, 16:48 Murat Ülker "Azersun Holding"in rəhbərliyi ilə görüşüb Bu gün, 16:48 Çingiz Mustafayev: "Azərbaycanda düşünmürəm ki, kiminsə mənim mahnılarıma ehtiyacı ola" Bu gün, 16:48 İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - RƏSMİ Bu gün, 15:48 SOCAR ilə Schneider Electric arasında Anlaşma Memorandumu imzalanıb Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR