
Azərbaycanın 3x3 basketbolu üzrə milli komandası Polşada təşkil olunan Dünya Qadın Seriyasının Katovitse mərhələsində mübarizəni erkən dayandırıb.
"Report"un məlumatına görə, qrupa düşmək uğrunda mübarizə aparan yığma ilk görüşündə İsrailə 7:21, ikinci oyunda isə Rumıniyaya 15:16 hesabı ilə uduzub.
B qrupunda qərarlaşan "Neftçi" isə ilk görüşündə İtaliya millisi ilə bacarmayıb - 10:13. Azərbaycan təmsilçisi növbəti matçını Bakı vaxtı ilə saat 18:55-də Litva seçməsinə qarşı keçirəcək.
Qeyd edək ki, qruplarda ilk iki yeri tutan komandalar 1/4 finala vəsiqə qazanacaqlar.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.