16-08-2023, 12:42 503

“Cəfər Cabbarlı” metrostansiyasında bu ilin sonuna qədər əsas inşaat işləri başa çatdırılacaq.

“AVESTA.AZ” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

“Gələn il platforma səviyyəsində son tamamlama, yəni üzlük işləri və infrastrukturun qurulması ilə bağlı digər işlər aparılacaq. Daha sonra vestibül səviyyəsində və “28 May” stansiyasına keçid səviyyəsində təmir-bərpa işlərinə başlanılacaq. Görüləcək işlərin həcmi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, - deyə o qeyd edib.

10:12

"Bakı Metropoliteni" QSC-nin "Cəfər Cabbarlı" stansiyasının I yolunda əsaslı təmir və yenidənqurma işlərinin növbəti mərhələsinə başlanılıb.

"AVESTA.AZ" xəbər verir ki, söküntü işləri tam yekunlaşmasa da, yararsız konstruktiv elementlər bərpa olunmaqdadır.

Sərnişin qalereyasının (paylama zalı) tavanında axıntılar ləğv edilib, tübinq örtüyü təmizlənərək, korroziya əleyhinə boya ilə rənglənib. Orada və stansiya yolunda qrunt sularının istiqamətləndirilməsi üçün paylama zalı və yol tuneli divarlarında novçalar quraşdırılıb. Qrunt suları elastik borularla tavandan novçalara, oradan isə drenaj sisteminə yönləndirilir.

Yararsız hala düşmək üzrə olan sərnişin platforması sökülüb. Möhkəmlənmiş konstruksiyalar üzərində yeni monolit dəmir-beton platforma tikilib və beton örtüyü hamarlanıb. Stansiya yoluna keçid xarakterli 6 pilondan 4-ü yenidən qurulub. Pilon divarları möhkəmləndirilir və bu iş başa çatdıqdan sonra divarların arxasına sement məhlulu vurulacaq. Hazırda platformaaltı sahədə rabitə, işarəvermə və elektrik kabellərinin atılması üçün kronşteynlər quraşdırılır, döşəmənin yeni betonu hamarlanır. Stansiyanın yol divarının qranitlə üzlənməsi üçün hazırlıq işləri başa çatdırılıb, divar betonlanıb, müvafiq konstruksiya qurulub.

Təmirin sonrakı dövründə platforma üzərindəki növbətçi otaq sökülərək yenilənəcək. Sağlamlaşdırma tədbirləri çərçivəsində stansiya və dalan istiqamətində tunel birləşmələrində (diafraqma) gücləndirmə işləri aparılacaq. Orta zalda tübinq bəndləri möhkəmləndiriləcək. "Cəfər Cabbarlı-Xətai" I tunel yolunun 100 m hissəsində tunel köynəyinin (çuqun tübinqin) gücləndirilməsi də planlaşdırılır.

"Xətai" stansiyası istiqamətində yoldəyişdirici qurğuya qədər və dalan yolunda bu günə kimi 636 m yol sökülüb, stansiya girişinə qədər olan yol hissəsində sərt özüllü dəmir-beton konstruksiya qurulub. Texnoloji proseslərin ardıcıllığına uyğun olaraq, stansiyada aparılan yenidənqurma işləri başa çatdırıldıqdan sonra yolun üstquruluş elementləri ilə bağlı son tədbirlər görüləcək və yol infrastrukturunun yenidənqurulması prosesi başa çatdırılacaq.

Stansiya yolunda təsərrüfat qatarlarının hərəkəti üçün yolun üst quruluş elementləri müvəqqəti quraşdırılıb. Platformada aparılan işlər başa çatdıqdan sonra yol əsaslı şəkildə qurulacaq. Yeni yolda müvafiq diaqnostika yoxlama-nəzarət tədbirləri şəraitində müasir üstquruluş elementləri, o cümlədən "Vossloh UTS-300" rels bəndləyiciləri tətbiq ediləcək.

Plana uyğun olaraq, daha sonra işlər "28 May" stansiyasına keçid, vestibül və digər texniki və xidməti sahələrdə aparılacaq.

Paylaş

Xəbər lenti

Prezident: Biz Azərbaycanda böyük potensialı olan bərpaolunan enerji sahəsini fəal şəkildə inkişaf etdiririk Bu gün, 20:48 Babiş: Azərbaycan Çex Respublikası üçün strateji tərəfdaşdır Bu gün, 20:48 Çexiya Avropa İttifaqı Şurasına dörd məktub göndərib Bu gün, 20:48 Andrey Babiş Çexiyanın müdafiə şirkətləri barədə məlumat verib Bu gün, 20:48 Çexiyanın Baş naziri: Bugünkü forum əməkdaşlığımızı intensivləşdirərək irəli aparacaq Bu gün, 20:48 Vladislav Plotnikov küçəsində hərəkət birtərəfli təmin ediləcək Bu gün, 20:48 Azərbaycanda "TurAz Qartalı - 2026" birgə taktiki-uçuş təlimi başlayıb Bu gün, 20:48 Yeni qaydalar qiymətləri dəyişə bilər: Maşınlar ucuzlaşacaq? Bu gün, 20:48 Erməni kəşfiyyatçı saxlanıldı Bu gün, 20:48 Narşərab emalı müəssisəsində mənşəyi bilinməyən məhsullar tapıldı Bu gün, 19:48 Bakıda daha bir ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq Bu gün, 19:48 WUF13 Festivalının axşam proqramlarında dəyişikliklər edilib Bu gün, 19:48 İran Küveytdəki ABŞ bazasını bu yolla vura bilibmiş Bu gün, 19:48 Prezident İlham Əliyev: Azərbaycanın maliyyə və iqtisadi vəziyyəti sabitdir Bu gün, 19:48 Çexiya və Azərbaycan liderləri işgüzar dairələrə çox aydın mesaj göndərirlər Bu gün, 19:48 İlham Əliyev: Qarabağ və Şərqi Zəngəzurun azad olunmuş sahələrində görüləsi işlər çoxdur Bu gün, 19:48 Azərbaycan Prezidenti: Bu gün biz Şərq-Qərb nəqliyyat dəhlizinə geniş sərmayə yatırırıq Bu gün, 19:48 Nusret Gökçenin qardaşı həbs edildi Bu gün, 18:48 4 saylı cəzaçəkmə müəssisəsinin rəisi işdən çıxarıldı Bu gün, 18:48 Alimlər yeni koronavirus aşkar edib: potensial pandemiya riski qiymətləndirilir Bu gün, 18:48 SOCAR-ın idxal etdiyi Aİ-92 benzini və dizel yanacağı üçün yuxarı hədd müəyyən edilib Bu gün, 18:48 Zabratda sərnişin avtobusu QƏZAYA DÜŞDÜ - Xəsarət alan var Bu gün, 18:48 Əraqçi: Bütün dünya İranın Rusiya kimi müttəfiqlərinin olduğunu görüb Bu gün, 18:48 Faktiki hava: Bakıda və Abşeron yarımadasında küləyin sürəti artıb Bu gün, 18:48 Andrey Babiş İlham Əliyevi Çexiyaya dəvət edib Bu gün, 18:48 Bakı metrosunda narahatedici PROBLEM - Stansiyaya su sızır? Bu gün, 18:48 Çexiya Azərbaycandan ildə 2 milyard kubmetr qaz almağı planlaşdırır Bu gün, 18:48 Yaponiyada 6.2 bal gücündə zəlzələ Bu gün, 17:48 Bu tarixlərdə HAVA PİSLƏŞİR, yağış yağacaq, şimşək çaxacaq... - XƏBƏRDARLIQ Bu gün, 17:48 Andrey Babişin Qəbələ səfəri: Azərbaycanın artan beynəlxalq nüfuzunun göstəricisi - ŞƏRH Bu gün, 17:48 Sabah Balakən və Hacıqabulun bir hissəsi qazsız qalacaq Bu gün, 17:48 İran ABŞ-yə mesaj verdi: "Şərtlərimizi qəbul etməyə məcburdur" Bu gün, 17:48 Prezident İlham Əliyev və Çexiyanın Baş naziri Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər Bu gün, 17:48 Nyu-York merinin başlatdığı "Humanitar problem" adlı siyasi manipulyasiya Bu gün, 17:48 Mars insanlıq üçün "xilas planı" deyil Bu gün, 17:48 Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib Bu gün, 17:48 Mikayıl Cabbarov: "Çexiyanın enerji təhlükəsizliyinə mühüm töhfə veririk" Bu gün, 17:48 Rusiyada neft obyektinə dron hücumunun qarşısı alınıb Bu gün, 16:48 Qəbələdə Prezident İlham Əliyevin adından Çexiyanın Baş nazirinin şərəfinə rəsmi lanç verilib Bu gün, 16:48 FHN gözlənilən küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib Bu gün, 16:48 İkonadan ilhamlanıb: Yeni Porsche Cayenne Coupe Electric Bu gün, 16:48 Turan Topalova vəzifəsindən ayrıldı Bu gün, 16:48 Zabratda sərnişin avtobusu QƏZAYA DÜŞDÜ Bu gün, 16:48 Bağlanmış bankların əmlakları satışa çıxarılır – QİYMƏTLƏR Bu gün, 16:48 "Yandex"in top-meneceri balıq tutarkən həlak olub Bu gün, 16:48 "Həzi Aslanov" metrostansiyasında görülən işlərə dair son vəziyyət açıqlanıb Bu gün, 16:48 Məzahir Pənahov yenidən MSK-nın sədri seçilib Bu gün, 16:48 Bunu etməyənlərə məhdudiyyətlər tətbiq ediləcək Bu gün, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR