16-08-2023, 14:55 483

Azərbaycanda turizm obyektlərində internetin keyfiyyəti niyə aşağıdır?

Azərbaycanın turizm sektorunda müsbət tendensiyalar müşahidə olunsa da, regionlarda hələ də nternet bağlantısı ilə bağlı problemlər qalmaqdadır.

Xüsusilə meşə massivlərində, dağlıq zonalarında yerləşən turizm obyektlərində bu problem daha da qabarıqdır. Bu isə öz növbəsində turistlər arasında bir çox hallarda ciddi narazılığa səbəb olur.

Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi “AVESTA.AZ”a bildirib ki, turizm obyektlərində internetin aşağı sürətdə olması ümumiyyətlə ölkə üzrə mövcud olan məsələdir:

“İnternetin keyfiyyəti dedikdə yalnız onun sürəti nəzərdə tutulmur. Burada bir sıra göstəricilər var ki, ümumilikdə keyfiyyətli xidməti xarakterizə edir - təhlükəsizlik, əlçatanlıq, keyfiyyətli yayım və dəstək, yükləmə sürətləri, PİNG (şəbəkələrdə qoşulmaları TCP/IP əsasında yoxlamaq üçün istifadə olunan utilitdir) göstəricisi və s. İctimai istifadə üçün nəzərdə tutulmuş internetin keyfiyyətinin aşağı olması nəinki turizm məkanlarında, həmçinin şəhərin müxtəlif ictimai yerlərində də - parklarda, nəqliyyatda və s. müşahidə olunur”.

S.Dübəndi bildirib ki, üst seqmentdə çalışan hotellərdə, turizm istirahət və sağlamlıq mərkəzlərində internetin keyfiyyəti bir çox hallarda qənaətbəxş olur:

“Digər müəsissələrdə isə internet o qədər də keyfiyyətə cavab vermir. Düşünürəm ki, bunun bir neçə səbəbi var. İlk növbədə qeyd etdiyim kimi, internetin keyfiyyətinin aşağı olması ölkə üzrə mövcud olan problemidir.

Digər tərəfdən müşahidə edirik ki, internet xidmətlərinin keyfiyyətini təmin edilməsi üçün zəruri hesab edilən qaydalara, protokollara, avadanlıqların quraşdırılması kimi tələblərə riayət edən müəssisələrin sayı azdır. Yəni bu sahədə də boşluq var.

Misal üçün, hotelin hər mərtəbəsində, restoranda, lobbidə rahat və keyfiyyətli internetin təmin edilməsi üçün tələb edilən routerlər, modemlər və digər ötürücü avadanlıqlar quraşdırılmır. Ya sifarişçi qənaət edir, yaxud da bu işləri görmək üçün ixtisaslaşmış şirkət dəvət edilmir".

Assosiasiya rəhbəri hesab edir ki, internetin ictimai məkanlarda, nəqliyyatda, çimərliklərdə, turizm və sağlamlıq mərkəzlərində keyfiyyətini artırılması üzərində müvafiq qurumlar düşünməlidirlər:

“İnternetin əlçatanlığı və keyfiyyəti turistlərə və onlara xidmətlər təklif edən şirkətlərə bir çox imkanlar yaradır.

Yeni yaranan və yaxud ikinci nəfəs görən turizm destinasiyalarının inkişafı planlarında həmin məkanlarda keyfiyyətli internetin əlçatanlığını təmin edən tədbirlər nəzərdə tutulmalıdır. Bu işləri təmin etmək üçün müvafiq qurumlar arasında müzakirələr və qərarlar qəbul olunmalıdır”.

Onun sözlərinə görə, mobil internetin keyfiyyəti hazırda daha üstündür, yalnız mövcud qiyməti onun daha geniş istifadəsinə yol vermir.

"Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Elvin Abbasov “AVESTA.AZ”a bildirib ki, turizm obyektlərində internetin bölgüsü düz aparılmır:

“Azərbaycanda hər bir turizm obyektində internet kvotası problemi var. Məsələn, obyekt 100 meqabitlik kvota alır, amma orada istifadəçilərin sayı çox olduğundan internetin keyfiyyəti aşağı düşür. Bu, internetin hesablanmasının düzgün aparılmamasına görə baş verir. Əgər bu problem aradan qalxsa, düşünürəm ki, turizm obyektlərində internetin keyfiyyəti də düzələcək.

Turizm obyektində internetin keyfiyyəti həm də biznes marağıdır. Hər bir obyekt müstəqil şəkildə internet paketini özü seçir. Onlar istəsə, yuxarı sürəti digər alternativ internet paketlərində də istifadə edə bilərlər. Bu sahibkarın biznesinə yatırdığı büdcədən asılıdır. Yəni daxildəki olan avadanlıqlar, internet paylayıcıları düzgün bölünməlidir".

Səslənən problemlərlə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” MMC-dən “AVESTA.AZ”a bildirilib ki, qurum xüsusi olaraq biznes subyektləri üçün nəzərdə tutulan və fiber-optik xətlər üzərindən təmin olunan Ayrılmış İnternet Kanalı (AİK) xidmətini təklif edir.

“Aztelekom” müştərilərə müxtəlif internet sürətindən ibarət bir neçə tarif paketi təklif olunur və müvafiq tövsiyələr verilir. Müştərilər öz növbəsində biznes ehtiyaclarından irəli gələrək internet sürətini özləri seçir”.

Bildirilib ki, vətəndaşların genişzolaqlı internetə çıxışlarının təmin olunması üçün irimiqyaslı infrastruktur layihələri həyata keçirilir.

“Aparılan işlərin məntiqi nəticəsi olaraq ölkədə genişzolaqlı internetin sürəti ilə bağlı beynəlxalq hesabatlarda əvvəlki aylarda olduğu kimi müsbət dinamika davam edir. “Ookla” şirkəti tərəfindən iyul ayında dərc edilən ən son hesabatda ötən ilin müvafiq dövrü ilə müqayisədə sürətin 20,91 Mbit/s-dən 29,14 Mbit/s-ə dəyişdiyi qeyd olunur”, - açıqlamada deyilir.

Paylaş

Xəbər lenti

Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Dünən, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Dünən, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Dünən, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Dünən, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Dünən, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Dünən, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Dünən, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Dünən, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Dünən, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Dünən, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Dünən, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Dünən, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Dünən, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Dünən, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Dünən, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Dünən, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Dünən, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Dünən, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Dünən, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Dünən, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Dünən, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Dünən, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Dünən, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR