16-08-2023, 17:44 366

Azərbaycan voleybolunun Avropa çempionatında 10-cu cəhdi – ŞƏRH

Avqustun 15-də qadın voleybolçular arasında XXXIII Avropa çempionatına start verilib. Sentyabrın 3-dək davam edəcək turnirin final mərhələsinin oyunları İtaliya, Almaniya, Belçika və Estoniyanın ümumilikdə 8 şəhərində keçirilir. Maraqlı məqam budur ki, qitə birinciliyi ardıcıl 3-cü dəfə 24 komandanın iştirakı ilə 4 ölkədə təşkil olunur. Yığmalar hər birində 6 komanda olmaqla 4 qrupa bölünüblər.

A qrupu: Belçika, Sloveniya, Serbiya, Polşa, Ukrayna, Macarıstan

B qrupu: İtaliya, Rumıniya, Bolqarıstan, Xorvatiya, Bosniya və Herseqovina, İsveçrə

C qrupu: Almaniya, Türkiyə, Azərbaycan, Çexiya, İsveç, Yunanıstan

D qrupu: Estoniya, Finlandiya, Niderland, Fransa, Slovakiya, İspaniya

Bir dövrədən ibarət mübarizənin sonunda qruplarında ilk 4 pillədə qərarlaşacaq millilər 1/8 finala vəsiqə qazancaqlar. Bu mərhələdən etibarən isə uduzanlar ölkələrinə dönmək üçün bilet sifariş verə bilərlər.

Azərbaycan millisinin də yer aldığı C qrupunun oyunları Almaniyanın Düsseldorf şəhərindəki “Castello Düsseldorf” arenasında keçiriləcək. İdman qurğusu 3160 azarkeş tutumuna malikdir. Millinin qrup oyunlarının təqvimi isə belədir:

18 avqust. Azərbaycan - Çexiya

19 avqust. Azərbaycan - Almaniya

20 avqust. Türkiyə - Azərbaycan

22 avqust. Azərbaycan - Yunanıstan

23 avqust. İsveç – Azərbaycan

Azərbaycan millisi Avropa çempionatlarının final mərhələsində 10-cu dəfə mübarizə aparacaq. Amma təəssüf ki, tarixin səhifələrini vərəqləyərkən uğurlu nəticəyə rast gələ bilmirik. Komanda yalnız iki dəfə fəxri kürsüdə yer almağa yaxın olub. İlk belə hal 2005-ci ilə təsadüf edib. Onda Faiq Qarayevin çalışdırdığı yığma yarışı 4-cü pillədə başa vurmuşdu. İntibah dövrünü yaşayan komandanın heyətində Alla Həsənova, Yelena Şabovta, İnessa Qorxmaz kimi təcrübəli liderlər, Valeriya Korotenko, Natalya Məmmədova, Oksana Məmmədyarova, Oksana Parxomenko və Yelena Parxomenko kimi gənclər yer almışdılar. Bir sözlə, Faiq Qarayev təcrübəlilərlə gənclərin sintezindən döyüşkən kollektiv formalaşdırmışdı. Amma yığma Xorvatiyada təşkil olunan turnirdə medalın bir addımlığında daynmışdı. 3-cü yer uğrunda görüşdə Rusiya səddini keçmək mümkün olmamışdı – 0:3.

Milli eyni nəticəni bir də 2017-ci ildə təkrarladı. Həmin vaxt isə yarış Azərbaycanla Gürcüstanın birgə təşkilatçılığı ilə baş tutmuşdu. Amma voleybolçu xanımlar doğma meydan amilindən yararlana bilməmişdilər. Bu dəfə Türkiyə yığmasına məğlubiyyət (1:3) medal hesabını açmağa mane olmuşdu. Avropa çempionatının final mərhələlərindəki ümumi nəticələr belədir:

2005 - 4-cü yer

2007 - 12-ci yer

2009 - 12-ci yer

2011 - 9-cu yer

2013 - 15-ci yer

2015 - 14-cü yer

2017 - 4-cü yer

2019 - 10-cu yer

2021 - 24-cü yer

Siyahıdan göründüyü kimi, milli 2 ildən bir keçirilən Avropa çempionatının final mərhələsində davamlı şəkildə iştirak edir. Sadəcə, indiyə kimi medal həsrətinə son qoymaq mümkün olmayıb. Maraq üçün onu da bildirək ki, baş tutan 50 oyunun 15-də qələbə, 35-də məğlubiyyət qeydə alınıb. Setlərin fərqi də ürəkaçan deyil – 60-115.

Bəs bu dəfə necə, tilsimi qırmaq mümkün olacaq? Təəsüüf ki, bu suala birmənalı şəkildə cavab vermək çox çətindir. Bir sadə məntiqlə ki, yığma son illər qeyri-sabit çıxışla diqqət çəkir. Çətin anlarda meydanda məsuliyyəti üzərinə götürüb, komandanı arxasınca daşıyacaq liderlər demək olar ki, yoxdur. Düzdür, Polina Rəhimovanın uzun fasilədən sonra heyətə qayıtması bu yöndə müsbət siqnal sayıla bilər. Amma karyerasının qürub çağını yaşayan 33 yaşlı voleybolçunun da millinin ağır yükünü təkbaşına daşıyacağı inandırıcı görünmür. Əslində, digər milli üzvlərindən də legioner həyatı yaşayanlar var. Sadəcə, kapitan Ayşən Abduləzimova istisna olmaqla, onlar öz komandalarında “əsas skripka” rolunu oynamırlar. Bu isə millinin lehinə olmayan detaldır.

Təxminlər belədir ki, türkiyəli mütəxəssis Ataman Güneyligilin rəhbərlik etdiyi milli qrup səddini adlayacaq. Komandanın buna gücü və potensialı çatmalıdır. Türkiyə və Almaniya qrupun aşkar favoritləridir və onların ilk iki pillədə yer alacaqları şübhə doğurmur. Çexiya, İsveç və Yunanıstanla isə mübarizə aparmaq, hətta onları üstələmək mümkündür. İstənilən halda, 1/8 finala digər iki vəsiqə uğrunda təmsilçimiz və adı çəkilən 3 komanda mübarizə aparacaq.

Bir qədər də turnirin tarixinə boylanmaqla maraqlı faktlara diqqət yetirək. Qadınlar arasında ilk Avropa çempionatı 1949-cu ildə Praqa şəhərində keçirilib. 7 komandanın qatıldığı yarışın qalibi isə SSRİ yığması olub. Ümumiyyətlə, tarixin yaddaşına köçən ölkənin komandası qatıldığı 17 qitə birinciliyində 13 qızıl, 4 gümüş medal qazanmaqla digər rəqiblər üçün hələ də əlçatmazdır. İndiyədək yarışda 40 milli iştirak edib ki, onların 18-i fəxri kürsüdə yer alıb. 21 ölkənin ev sahibliyi etdiyi turnirdə ümumilikdə 1290 oyun baş tutub. 1949-cu il sentyabrın 10-da keçirilən ilk görüşdə Çexoslovakiya Fransaya 3:0 hesabı ilə qalib gəlib. Qitə birinciliyinin 2021-ci il sentyabrın 4-də Belqrad şəhərində gerçəkləşən sonuncu, yəni final matçında isə İtaliya 3:1 hesabı ilə Serbiyanı üstələyib.

Paylaş

Xəbər lenti

XƏBƏRDARLIQ: Dolu düşəcək, bəzi çaylarda sululuq artacaq Bu gün, 20:48 "Airblue" Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır Bu gün, 20:48 Yılmaz: Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün əldə olunması çox önəmlidir Bu gün, 20:48 Nazir: "Sosial rifahın yüksəldilməsi üzrə mühüm nailiyyətlər əldə olunub" Bu gün, 19:48 Qeyri-sabit hava fermerləri çətin vəziyyətə saldı: Meyvə BAHALAŞACAQ? Bu gün, 19:48 İran ABŞ-ni ölkə daxilində qeyri-sabitlik yaratmağa çalışmaqda günahlandırıb Bu gün, 19:48 "Heydər Əliyev kuboku-2026": Azərbaycanın səkkiz boksçusu turnirə qələbə ilə başlayıb Bu gün, 19:48 Vaşinqtonla Tehran arasında münaqişə yenidən alovlana bilər - İran rəsmisi AÇIQLADI Bu gün, 18:48 Premyer Liqa: "Kəpəz" "Sumqayıt"ı məğlub edib Bu gün, 18:48 Qidalanma vərdişləri qastrit və xoraya necə təsir edir? Bu gün, 18:48 WUF13: Əlilliyi olan şəxslər üçün "Əlçatan Metro" xidməti mövcuddur Bu gün, 18:48 DİN: Axtarışda olan 200 nəfər saxlanılıb Bu gün, 18:48 Azərbaycan və Pakistan arasında həftəlik birbaşa uçuşların ümumi sayı 10-a çatır Bu gün, 17:48 "Böyük Dəbilqə": Rəşid Məmmədəliyev bürünc medal qazanıb Bu gün, 17:48 Botaqoz Bermuhambetova: "Qazaxıstan təhsil sahəsində Azərbaycanla əməkdaşlığı genişləndirir" Bu gün, 17:48 Anasının xəstəliyindən danışan Fatimə ağladı Bu gün, 17:48 Sürücülərin DİQQƏTİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq Bu gün, 17:48 Sumqayıt-Pirşağı yolunda qəza: Avtomobil ÇUXURA DÜŞDÜ Bu gün, 17:48 Qazaxıstanın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrin sayı son bir ildə iki dəfə artıb Bu gün, 17:48 Tovuzda 73 yaşlı kişi faciəli şəkildə öldü Bu gün, 17:48 İslam İnkişaf Bankının prezidenti Azərbaycana səfər edəcək Bu gün, 17:48 "Heydər Əliyev kuboku-2026" beynəlxalq turnirinin açılış mərasimi keçirilib Bu gün, 17:48 Bu zavodun fəaliyyəti dayandırıldı - SƏBƏB Bu gün, 16:48 "Formula-1"in sabiq pilotu vəfat etdi Bu gün, 16:48 Xəzər rayonunda soyğunçuluq edən şəxs həbs edilib Bu gün, 16:48 Sülhə doğru növbəti addım Bu gün, 16:48 Azərbaycanda tükürpərdən olay: Qadın ərinin məzarı üzərində öldü Bu gün, 16:48 Çili diplomatı: "2026-cı il üçün məqsəd - Azərbaycanla ticarət əlaqələrinin inkişafıdır" Bu gün, 16:48 Tanınmış müğənni: "Səhnəyə çıxmasam belə, aylıq gəlirim 200 000-dir" Bu gün, 16:48 Biləsuvarın bu kəndində daxili yollar təmir olunacaq Bu gün, 16:48 Səfir: "Niderland Azərbaycanla energetika sahəsində əməkdaşlıqda maraqlıdır" Bu gün, 15:48 Gəncədə zavodun fəaliyyəti dayandırıldı - SƏBƏB Bu gün, 15:48 Heydər Əliyev Mərkəzində "İz" sənədli filminin nümayişi olub Bu gün, 15:48 Məşhur aktyor şəhər həyatından imtina edib, kəndə köçdü Bu gün, 15:48 Türkiyədə eyni anda 198 nəfər saxlanıldı - ANBAAN GÖRÜNTÜ Bu gün, 15:48 Yuri Qusev: Azərbaycanın Qarabağın bərpası üzrə təcrübəsi Ukrayna üçün faydalı ola bilər Bu gün, 15:48 Bu tarixdə Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ Bu gün, 15:48 Zaqatalada canavar 47 yaşlı kişiyə hücum edib Bu gün, 15:48 Lənkəranda tanınmış iş adamı ÖLDÜ Bu gün, 15:48 Elçin Əmirbəyov: Azərbaycan-İtaliya enerji əməkdaşlığının strateji əhəmiyyəti Hörmüz böhranından sonra daha da aydın şəkildə üzə çıxıb Bu gün, 14:48 Bakıda itkin düşən şəxsin GÖLDƏ MEYİTİ TAPILDI Bu gün, 14:48 Lənkəranda WUF13 Festivalı başlayıb Bu gün, 14:48 "Böyük Dəbilqə": Rəşid Məmmədəliyev bürünc medal uğrunda görüşə çıxacaq Bu gün, 14:48 Elçin Əmirbəyov: "Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür" Bu gün, 14:48 Ötən gün həyatını itirən həkimin ÖLÜM SƏBƏBİ BİLİNDİ Bu gün, 14:48 Gəncə terrorunda valideynlərini itirən Sevilin oğlu Bu gün, 14:48 Azərbaycanın hərbi pilotları yeni silah sistemləri ilə tanış olublar Bu gün, 14:48 Sabah hava yağışlı olacaq? Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR