17-08-2023, 03:18 517

BMT TŞ-nin iclası Azərbaycan diplomatiyası üçün əzələ nümayişi, Ermənistan üçün isə ağlağanlıq platforması oldu

Avqustun 16-da Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının Azərbaycanın Qarabağ bölgəsində guya yaranmış “humanitar böhran”ın müzakirəsinə dair təcili iclası, erməni lobbisinin bütün gücünü ortaya qoymağa çalışdığı toplantısı keçirilib. Əlbəttə, Ermənistanın xaricilərdən ibarət diplomatiya, informasiya “ordusu” sadəcə iclasdakılarla yetinmirdi. Belə ki, şərti olaraq “Məzlum Ermənistan” adlandıra biləcəyimiz BMT-dəki teatr səhnəciyində kulislər arxası da boş deyildi - burada Okampo, Lindsi Snell, Devid İqnatius və s. satılmış hüquqşünas və jurnalistlər olub.

Bununla belə, İrəvanın öz ordusu ilə gəldiyi iclas tamamilə nəticəsiz qaldı: nə çox gözlədikləri anti-Azərbaycan qətnaməsi, nə də hər hansı birgə bəyanat. Xüsusilə Fransa və ABŞ nümayəndələrinin böyük canfəşanlığına baxmayaraq, ümumən tədbir iştirakçıları sadəcə olaraq “Ermənistanın adına üzülməyi” seçdilər və dağılışdılar.

Sözsüz ki, iclasın sadəcə adi müzakirədən uzağa getməyəcəyi Azərbaycanın daim nümayəndəsi Yaşar Əliyevin çoxəhatəli, əsaslandırılmış çıxışından sonra dəqiqləşdi. Azərbaycanlı diplomat elə nitqinin əvvəlində BMT Təhlükəsizlik Şurasının Ermənistan üçün sui-istifadə platformasına çevrildiyinə işarə edib:

“Ermənistanın humanitar məsələ kimi təqdim etməyə çalışdığı şey, əslində, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə zərbə vurmaq məqsədilə aparılan təxribatçı və məsuliyyətsiz siyasi kampaniyadır”.

Y.Əliyevin bu fikrini daha sonra onun türkiyəli həmkarı Sədat Önal da dəstəkləyib:

“Türkiyə Ermənistanın BMT Təhlükəsizlik Şurası kimi beynəlxalq meydandan Laçın dəhlizi mövzusu daxil olmaqla siyasi motivli ittihamları bəyan etmək üçün istifadə cəhdlərindən narahatdır”.

Qardaş Türkiyədən başqa, iclasda Azərbaycanın mövqeyini ən azından dinləməyə çağırış edən ölkələr arasında Albaniya və Braziliya nümayəndələrini da olduğunu qeyd etmək lazımdır. Diplomatlar BMT-dəki həmkarlarına Xankəndi-Ağdam yolunun açıq olduğunu xatırladıblar. Bu çıxışları ilə onlar Ermənistana eyham vurublar ki, əgər İrəvanın “humanitar tələbatı” varsa, Azərbaycanın təklif etdiyi yolu seçməlidir.

“Humanitar tələbatlar siyasiləşdirilməməli və digər məsələlərin çözümü üçün sui-istifadə olunmamalıdır. Humanitar tələbatlar hər yerdə, həmçinin Qarabağ regionunda təmin olunmalıdır... Fikrimizcə, söhbət humanitar məsələdən gedirsə, mümkün olan hər şeyi, bütün variantları nəzərdən keçirmək lazımdır. Bura digər yollar, həmçinin təklif olunan Xankəndi – Ağdam yolu da daxildir”, - Albaniyanın BMT-dəki daimi nümayəndəsi Fərid Hoca vurğulayıb.

Toplantı iştirakçılarının bəzən həqiqət, bəzən təhriflərə müraciət etmələrinə baxmayaraq, onların hamısının bir ortaq nöqtəsi var idi: Azərbaycanın ərazi bütövlüyü məsələsi.

Beləliklə, Ermənistanın BMT TŞ kimi dünya səviyyəli platformanı teatr səhnəsinə çevirmək cəhdləri boşuna oldu. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan isə Yaşar Əliyevin çıxışından sonra ümumiyyətlə kölgədə qaldı. İrəvanın baş diplomatı növbəti dəfə vətəninə əliboş qayıtmağa məcbur olacaq. Ötən ilin dekabrında da məsələnin BMT TŞ-də qaldırılması cəhdi olmuşdu. Hər iki halda nəticəsiz qaldı. “Paşinyan və co.”nun bu uğursuzluğu öz ictimaiyyətinə necə təqdim edəcəyi, təbii ki, maraq doğurur.

Bu iclasdan sonra bir daha təsdiq olundu ki, belə müzakirələrə ehtiyac yox idi, məsələ BMT və digər platformalarda deyil, yerində həll olunmalıdır. Qarabağ erməniləri anlamalıdılar ki, başqa yol yoxdur: danışıqlar aid olduqları ölkənin – Azərbaycanın şərtləri əsasında aparılmalıdır.

BMT TŞ-nin toplantısı Azərbaycan diplomatiyası üçün əzələ nümayişi, Ermənistan üçün isə ağlağanlıq üçün növbəti platforma oldu.

Paylaş

Xəbər lenti

Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48 Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Dünən, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Dünən, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Dünən, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Dünən, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Dünən, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Dünən, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Dünən, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Dünən, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Dünən, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Dünən, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Dünən, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Dünən, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Dünən, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Dünən, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Dünən, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Dünən, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Dünən, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Dünən, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Dünən, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Dünən, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Dünən, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Dünən, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Dünən, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Dünən, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Dünən, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Dünən, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Dünən, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Dünən, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Dünən, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Dünən, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Dünən, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Dünən, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Dünən, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Dünən, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Dünən, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Dünən, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR