17-08-2023, 11:20 361

“Ermənistanın saxta humanitar şousunu müzakirəyə çıxarmaqla BMT Təhlükəsizlik Şurası (TŞ) da göstərdi ki, bu struktur artıq bəşəri dəyərlər adına səmərəli platforma deyil”.

Bunu “AVESTA.AZ”a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, postmünaqişə dövründə Ermənistan və havadarları BMT Təhlükəsizlik Şurasında üçüncü dəfə fiaskoya məruz qaldı: “Havadarlarının dəstəyi və Azərbaycan əleyhinə qətnamə ümidi ilə humanitar böhran şousunu BMT Təhlükəsizlik Şurasının iclasına daşıya bilsə də, situasiya İrəvanın əleyhinə işlədi. İlk növbədə, Prezident İlham Əliyevin beynəlxalq hüququn prinsiplərinə və BMT Nizamnaməsinə əsaslanan direktivlərini rəhbər tutan Azərbaycan nümayəndəsinin tezisləri BMT TŞ üzvlərini fakt qarşısında qoydu”.

Deputat xatırladıb ki, daimi və qeyri-daimi üzvlər ya BMT Nizamnaməsinin məqsədləri, prinsipləri, o cümlədən sənədin ikinci maddəsinin dördüncü bəndində ehtiva olunan, habelə beynəlxalq hüququn ümumtanınmış prinsipləri kimi təsbit olunmuş ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərini, o cümlədən dövlətlərin suverenliyi anlayışını görməzdən gələrək İrəvanın iddialarını müdafiə etməli, ya da hüququn aliliyini rəhbər tutmalı idilər: “Düzdür, Fransa, habelə Parisin orbitində olan Malta və İsveçrə nümayəndələri məsələni konteksdən çıxararaq imitasiyalara cəhd etdilər, lakin yekunda BMT Təhlükəsizlik Şurasının iclasından hədəflənən nəticə hasil edilmədi. İclas heç bir sənəd və ya qərar qəbul edilmədən başa çatsa da, iclası nəticəsiz hesab etmək olmaz. İlk növbədə, prosesin gedişatının özü Azərbaycan diplomatiyasının böyük uğuru, Ermənistanın isə növbəti dəfə ifşası kimi tarixə düşdü. Daha doğrusu, İrəvan nə qədər riyakar və ikiüzlü olduğunu dünyaya göstərdi. Çünki 30 il BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini görməzdən gələn, sənədləri icra etməkdən açıq formada imtina etməklə TŞ-ni heçə sayan bir dövlətin BMT TŞ-dən mədət ummasının riyakarlıqdan başqa adı ola bilməz”.

“Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Təhlükəsizlik Şurasının iclasına "artsaxlı" uşaqların fotoları ilə qatılması, yalnız Xocalıda 63 uşağı işgəncə ilə öldürən, münaqişə dövründə döyüş bölgəsindən uzaqda yerləşən yaşayış evlərini birbaşa hədəfə almaqla 20-yə yaxın azyaşlı və körpənin məhvinə səbəb olan bir dövlətin bu gün uşaq hüquqlarından danışması, uşaqların kölgəsinə sığınması ləyaqətsiz davranış və uşaq istismarıdır”, - Milli Məclisin üzvü bildirib.

B.Məhərrəmov xatırladıb ki, BMT Təhlükəsizlik Şurasının iclasının nəticələri Azərbaycanı qane etsə də, bütövlükdə prosesin özü BMT-nin öz məqsəd və prinsiplərinə zidd formada siyasi manipulyasiyaların alətinə çevrildiyini və cənab İlham Əliyevin bəyan etdiyi kimi təşkilatda islahatların labüdlüyünü bir daha gündəmə gətirdi: “Əgər dövlətlərin ərazi bütövlüyü və suverenliyini təhdid edən, separatizm meyillərinə dəstək verməklə regionda sülh və sabitliyə açıq formada əngələ çevrilən saxta iddialar dünyanın bir nömrəli masasında müzakirə mövzusuna çevrilirsə, bu, o deməkdir ki, həmin masa artıq özünün fövqəl əhəmiyyətini itirib”.

Paylaş

Xəbər lenti

Şahzadə Uilyam və Keyt Midltonun evinə girməyə cəhd – iki nəfər saxlanıldı Bu gün, 14:48 Kamçatka sahillərində 4,5 maqnitudalı zəlzələ oldu Bu gün, 14:48 Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşüb Bu gün, 14:48 Litva XİN rəhbəri: Bu gün "Sabah"-"Barselona" matçında olacağam Bu gün, 14:48 Azərbaycanda yeni mərkəz yaradılır - FƏRMAN Bu gün, 14:48 Tərbiyəçi-müəllimlərin işə qəbulu başlayır Bu gün, 14:48 İlham Əliyevdən ixracda hesablaşmalarla bağlı fərman Bu gün, 14:48 Hacıqabulda seldən zərər çəkmiş fermerə 3 min manata yaxın ödəniş edilib Bu gün, 14:48 Küləkli hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq Bu gün, 14:48 "Vətən daşı" sənədli filmi "Youtube"da təqdim edilib Bu gün, 14:48 100 milyon il əvvəl su üzərində yeriyən çəyirtkə növü aşkarlanıb Bu gün, 14:48 AYNA: Qusar-Bakı yolunda növbəti elektron tərəzi quraşdırılıb Bu gün, 13:48 Bakıda 23 məktəbə yeni direktor təyin edilib Bu gün, 13:48 Beyləqanın Təzəkənd yaşayış yerində qədim tikili qalıqları aşkarlanıb Bu gün, 13:48 400 tondan artıq təhlükəli toyuq əti məhsulunun dövriyyəsi ilə bağlı üç nəfərə cinayət işi başlanıb Bu gün, 13:48 Bakıda qadın hamamda dəm qazından boğularaq ölüb Bu gün, 13:48 PAŞA Bank KOB-lar üçün yeni "Çevik Kredit" məhsulunu təqdim edir Bu gün, 13:48 Qvardiola İtaliya millisindən aldığı təkliflə bağlı ilk dəfə danışdı Bu gün, 13:48 Altsheymer xəstəliyinin inkişafını ləngidən yeni preparat hazırlanıb Bu gün, 13:48 13 yaşında satışa başladı, 16 yaşında az qala müflis oldu – milyarder uğur sirrini açıqladı Bu gün, 13:48 Azərbaycanla Litva arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb Bu gün, 12:48 Bir turist Azərbaycanda nə qədər pul xərcləyir? - Məbləğ açıqlandı Bu gün, 12:48 Azərbaycan və Litva XİN başçıları arasında görüş başlayıb Bu gün, 12:48 Qubada kişi sevgilisinin adına kredit götürdü, qadınlar dalaşdılar - Təfərrüat Bu gün, 12:48 Bakıda 14, rayonlarda 18 dərəcə isti olacaq Bu gün, 12:48 Özbəkistan parlamentinin sədri Zəfər parkını ziyarət edib Bu gün, 12:48 Mərhum nazirin gəlini ilk dəfə qayınanası ilə görüntülərini paylaşdı Bu gün, 12:48 Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib Bu gün, 12:48 Bakıda şagirdlər arasında insident - DİN-dən açıqlama Bu gün, 12:48 2026-cı ilin ən gözəl qızı seçildi Bu gün, 12:48 Təhsildən praktikaya, icradan auditə Bu gün, 12:48 Naxçıvanda Vasif Talıbovun imzaladığı 47 fərman ləğv edilib Bu gün, 11:48 İmişli və Saatlının bəzi kəndlərində qaz kəsilib Bu gün, 11:48 "Azərsun Holdinq"in istehsalat müəssisələrində birgə infotur keçirilib Bu gün, 11:48 Rəhman Daşdəmirov: "Barselona"ya qarşı oynamaq hər futbolçunun arzusudur" Bu gün, 11:48 Milyon yarımlıq yanacaq hara gedib? - Hərbçilərlə birgə 15 nəfər ittiham edilir Bu gün, 11:48 Birbank-dan yeni rəqəmsal imkan: bank çıxarışınızı özünüz hazırlayın Bu gün, 11:48 "Qarabağ"da gözlənilməz ayrılıq baş verə bilər Bu gün, 11:48 Özbəkistan parlamentinin sədri Azərbaycana gəlib, "Yol xəritəsi" imzalanacaq Bu gün, 11:48 Gəncədə güclü külək ağacı aşırıb, evə və iki avtomobilə ziyan dəyib Bu gün, 10:48 Bu şəxslərə güzəştlər tətbiq olunacaq - Gələn il yanvarın 1-dən... Bu gün, 10:48 Azərbaycan Tibb Universitetində akademik Adilə Namazovanın 100 illiyi qeyd olunub Bu gün, 10:48 Bu gün 7 kənddə işıq kəsiləcək Bu gün, 10:48 Kəmaləddin Heydərovun Ağdamdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib Bu gün, 10:48 Bu rüsum 4 dəfəyə qədər azaldılır Bu gün, 10:48 Analiz vermək adı ilə xəstəxanada keçmiş həyat yoldaşını öldürən şəxsin işi Ali Məhkəmədə Bu gün, 10:48 Bəzi rayonlara qar yağır, külək güclənir - Faktiki hava Bu gün, 10:48 Ombudsman qadınlara qarşı zorakılığa son qoymağa çağırıb Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR