17-08-2023, 21:08 481

Prezidentin köməkçisi:

"Türkiyə bizim qardaşımız, onun gücü bizim gücümüzdür. Hər zaman bir millət, iki dövlətik. Türkiyənin diqqət və qayğısını hər zaman yanımızda hiss edirik. Azərbaycan da həmişə qardaş Türkiyənin yanındadır".

"AVESTA.AZ" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ağdamda türkiyəli jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Türkiyə və Azərbaycan, bütün sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlığı davam etdirilər.

Prezidentin köməkçisi Laçın yolunda erməni təxribatından Türkiyə tərəfinin də məlumatlı olduğunu qeyd edib.

"“Xarici işlər naziri Hakan Fidan bu mövzuda çox gözəl açıqlama verdi, qardaş Türkiyənin bu məsələdə hər zaman dəstəyini görmüşük. Ermənistan bu məsələni BMT Təhlükəsizlik Şurasına çıxarıb. BMT 25 il Qarabağdan danışmırdı, indi ermənilərin manipulyasiyası və dezinformasiyası ilə bağlı məsələləri gündəmə gətirib. Azərbaycanın Təhlükəsizlik Şurasının toplantısında deyəcəyi daha çox sözlər var, Türkiyə də bölgə dövləti olaraq bu toplantıda iştirak edəcək. Azərbaycan və Türkiyə haqlı mövqelərini bir daha ortaya qoyacaqlar. Ümid edirik ki, ermənilərin bu təxribatının qarşısı alınacaq”.

Laçın yolunda erməni təxribatı barədə danışan H.Hacıyev Bərdə-Ağdam dəmir yolu və avtomobil yolunun tikintisi barədə məlumat verib:

"Orada bir yol yox idi. Onlar yolu da məhv etmişdilər. Sovetlər dövründə bu yol nəqliyyat baxımından ən sərfəli yol kimi istifadə edilirdi. Çünki burada nəqliyyat xərcləri də aşağı idi. Qarabağ erməniləri üçün lazım olan vəsaitin daşınması bu yolla mümkündür. Onlar da bu yoldan istifadə edərək Azərbaycan bazarlarına öz məhsullarını çıxara biləcəklər. Amma onlar bu yoldan istifadə etmək əvəzinə, maneələr yaratmaqla məşğuldurlar. Bundan siyasi təbliğat vasitəsi kimi istifadə edirlər".

H.Hacıyev bildirib ki, bu məsələdə reinteqrasiyadan başqa yol yoxdur:

"Bu, sosial, siyasi və iqtisadi cəhətdən inteqrasiya nöqtəsi sayılır. Təəssüf ki, onlar bundan imtina edərək maneələr yaradırlar. Bu yola paralel olaraq dəmir yolları da keçir. Bunlar əslində Qarabağ ermənilərinin həyat tərzini yaxşılaşdırmaq, problemin siyasi yolla həllinə nail olmaqdır, daha yaxşı imkanlar deməkdir".

Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycan Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyini təmin etməyə hazırdır:

"Bu baxımdan Bərdə-Ağdam-Xankəndi yolu təkcə texniki deyil, həm də siyasi əhəmiyyət daşıyır. Yol mədəniyyət və sivilizasiyadır. Biz maneələr yox, məhz yollar qururuq".

Paylaş

Xəbər lenti

PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Bu gün, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Bu gün, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Bu gün, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Bu gün, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Bu gün, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Bu gün, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Bu gün, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Bu gün, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Bu gün, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Bu gün, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Bu gün, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Bu gün, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Bu gün, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Bu gün, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Bu gün, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Bu gün, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Bu gün, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Bu gün, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Bu gün, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Bu gün, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Bu gün, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Bu gün, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Bu gün, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Bu gün, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Bu gün, 16:48 "Qarabağ"ın xanım azarkeşləri üçün pulsuz biletlər Bu gün, 16:48 Ahıl qadının çantasından pul kisəsini oğurladı - ANBAAN VİDEO Bu gün, 16:48 Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib Bu gün, 16:48 İranda elektrik enerjisinin verilişi məhdudlaşdırıldı Bu gün, 16:48 Əli Əhmədov: Azərbaycanda bu il nikah potensialında olan şəxslərin yarısı evlənməyib Bu gün, 16:48 Abşeron sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR  - Kənd və qəsəbələrdə... Bu gün, 16:48 Avtomobil sürənlərin diqqətinə: Sükan arxasında ürək ritmi dəyişir Bu gün, 15:48 "50 qəpiklik moyka" aparatından  oğurluq edənləri polis saxladı Bu gün, 15:48 Özünə "iPhone 18" aldı, polis saxladı - Oğurluq etdiyi iddia olunur Bu gün, 15:48 İlham Əliyev Hikmet Çetinin ailəsinə başsağlığı verdi Bu gün, 15:48 Almaniyalı deputat Avropanı Rusiya ilə dialoqa çağırdı Bu gün, 15:48 İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair video paylaşılıb Bu gün, 15:48 Musiala yenidən huşunu itirdi – "Bayern" vəziyyətə aydınlıq gətirdi Bu gün, 15:48 İslam Rzayevin əmlaklarına həbs qoyuldu Bu gün, 15:48 ATPF və BeFit Baku arasında tərəfdaşlıq memorandumu imzalandı Bu gün, 15:48 Gələn il bazarlarda qiymətlər nədən asılı olacaq? - AÇIQLAMA Bu gün, 15:48 Şahzadə Uilyam və Keyt Midltonun evinə girməyə cəhd – iki nəfər saxlanıldı Bu gün, 14:48 Kamçatka sahillərində 4,5 maqnitudalı zəlzələ oldu Bu gün, 14:48 Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşüb Bu gün, 14:48 Litva XİN rəhbəri: Bu gün "Sabah"-"Barselona" matçında olacağam Bu gün, 14:48 Azərbaycanda yeni mərkəz yaradılır - FƏRMAN Bu gün, 14:48 Tərbiyəçi-müəllimlərin işə qəbulu başlayır Bu gün, 14:48 İlham Əliyevdən ixracda hesablaşmalarla bağlı fərman Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR