
"Bu qarşılaşma növbəti matçlar üçün yaxşı nümunə oldu. Sonadək mübarizə apardıq və döyüşkənliyimizi göstərdik".
"AVESTA.AZ" xəbər verir ki, bunu "Beşiktaş"ın futbolçusu Vensan Abubakar Türkiyədə "Neftçi"yə 2:1 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu ilə bağlı klubun rəsmi saytına açıqlamasında deyib.
32 yaşlı hücumçu bütün komanda yoldaşlarına təşəkkür etdiyini söyləyib: "Geridönüş edərək komanda ruhunu göstərdik. İkinci hissədə xarakter ortaya qoyduq və çox həvəslə oynadıq. Qələbə qazandığımız üçün xoşbəxtik".
Qeyd edək ki, İstanbul təmsilçisi Bakıdakı görüşdə də qələbə qazanmışdı - 3:1.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.