
Rusiyanın Perm diyarında məktəbli avtobusunun yoldan çıxaraq qəza törətməsi nəticəsində 15-i uşaq olmaqla 16 nəfər yaralanıb.
“Report” TASS-a istinadən xəbər verir ki, Rusiyanın region üzrə İstintaq Komitəsinin İstintaq İdarəsinin mətbuat xidməti məlumat yayıb.
“Yol-nəqliyyat hadisəsində 16 nəfər xəsarət alıb, o cümlədən 15 həddi-büluğa çatmamış şəxs”, - məlumatda qeyd olunub.
Bildirilib ki, ümumilikdə nəqliyyat vasitəsində 20 nəfər olub.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.