
Bakının Suraxanı rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, Zığ şossesində iki avtomobilin toqquşması nəticəsində 2005-ci il təvəllüdlü Mikayılova Lalə Elnur qızı, 1996-cı il təvəllüdlü Aslanov Fərid Vuqar oğlu və onun həyat yoldaşı Aslanova Aysel Mirzə qızı xəsarət alıblar.
Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüblər.
Hadisənin təfərrüatı araşdırılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.