
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Çernihiv şəhərinə raket hücumunun cavabsız qalmayacağına söz verib.
“Report” xəbər verir ki, bu barədə dövlət başçısı ənənəvi axşam deyib.
“Əminəm: bizim döyüşçülərimiz bu terakta görə Rusiyaya cavab verəcəklər. Tutarlı cavab”, - o vurğulayıb.
Ukrayna lideri əlavə edib ki, müxtəlif liderlər, dövlət nümayəndələri və beynəlxalq təşkilatlar Rusiyanın Çernihivə zərbəsini pisləyiblər. O həmçinin Ukraynaya başsağlığı verənlərə təşəkkürünü bildirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.