
Rusiyanın Kursk şəhərinin dəmir yolu vağzalının binasının damına dron çırpılıb, bir neçə nəfər yaralanıb.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə Kursk vilayətinin qubernatoru Roman Starovoyt kanalında bildirib.
“İlkin məlumata görə, o (dron – red.), vağzal binasının damına çırpılıb, bundan sonra damda yanğın başlayıb. Beş nəfər şüşə qəlpələrindən yüngül yaralanıb”, - region başçısı yazıb.
Qubernator bu olayda Ukraynanı günahlandırsa da, rəsmi Kiyev bununla bağlı açıqlama yaymayıb.
Xatırladaq ki, daha öncə Moskvanın iki hava limanı pilotsuz təyyarələrin hücumu təhlükəsi səbəbindən uçuş-enişi dayandırıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.