
İspaniyanın "Barselona" klubu futbolçusu Serjinyo Desti icarəyə verib.
"AVESTA.AZ" Kataloniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı müdafiəçi Niderlandda PSV-nin formasını geyinəcək.
Müqavilənin müddəti 2024-cü ilin yayına qədər nəzərdə tutulub. Eyndhoven təmsilçisi ABŞ-dan olan oyunçunu almaq hüququna malikdir.
Qeyd edək ki, Serjinyo Dest 2019-cu ildə "Ayaks"dan "Barselona"ya keçib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.