
“Sabah” Premyer Liqada 100-cü ev qoluna imza atıb.
"AVESTA.AZ" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yubiley qolunun müəllifi Boyan Letiç olub.
Serbiyalı oyunçu Azərbaycan Premyer Liqasının III turunda fərqlənib. 30 yaşlı müdafiəçi “Neftçi” ilə görüşdə (1:1) komandasının yeganə qoluna imza atıb.
2018/19 mövsümündən Premyer Liqada mübarizə aparan “Sabah” 100-cü qolu 71-ci matçda vurub. Paytaxt klubunun orta məhsuldarlığı 1,41-dir.
Qeyd edək ki, “Sabah” çempionatın tarixinə öz meydanında 100 və daha çox qol vuran 22-ci komanda kimi düşüb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.