21-08-2023, 14:53 563

Fransa mediası uğursuzluqların səbəbkarı kimi Makronu görür -

Hər hansı bir ölkənin prezidentinin şəxsi nüfuzu, beynəlxalq aləmdə qazandığı imic dövlətlərarası münasibətlərdə vacib rol oynayır. Hər bir dövlət başçısı, lider öz fəaliyyəti dövründə bu institutun möhkəmlənməsinə çalışmalıdır.

Fransa rəhbəri Emmanuel Makrona gəldikdə, onun qədər prezidentlik institutunun nüfuzdan düşməsinə, gözdən salınmasına çalışan ikinci bir liderə çətin rast gəlinsin. Bu kürsüyə əyləşən gündən bəri lobbi qruplarının maraqlarını ifadə edən Makron əlindən gələni edir ki, ölkəsinin imicini aşağı salsın.

Daha çox erməni lobbisinin maliyyəsi və təsiri altında olan E.Makronun Fransanın nüfuzuna vurduğu zərbənin bərpası üçün onilliklər lazım olacaq desək, yanılmarıq. Onun atdığı addımları, yürütdüyü siyasəti analiz edəndə görürsən ki, bu adam sanki məqsədli şəkildə ölkəsini aşağılamağa, beynəlxalq aləmdə nüfuzunu zəiflətməyə çalışır. Ölkədə siyasi, iqtisadi vəziyyət günbəgün ağırlaşır. Onun yürütdüyü siyasi və iqtisadi kurs sadə fransızların büdcəsinə ağır zərbə vurmağa başlayır və birinci problem odur ki, ölkədə yanacağın qiymətində “partlayış” yaşanır. Qeyd edək ki, yanacaq qiymətinin artması məhsulların bahalaşmasına gətirib çıxarır ki, bu da vətəndaşların həyat keyfiyyətinə mənfi təsir göstərir, inflyasiyaya təkan verir.

Bu günün Fransası budur - ölkəni bürüyən etiraz aksiyaları, bahalaşma, xarici uğursuzluq, polis özbaşınalığı. Makron tarixdə təkcə daxildə həyata keçirdiyi uğursuz siyasəti ilə deyil, həm də xarici siyasətdə neokolonializmi ilə yadda qalır. Nigerdə baş verən hadisələri Fransanın Afrika qitəsində həyata keçirdiyi müstəmləkəçiliyin, daha dəqiq desək, köləliyin və acgöz istismarın nəticələri hesab etmək olar. Bu gün Nigerdə hərbi çevriliş edən qüvvələr Fransadan istismara son qoymağı və qoşunlarını ölkədən çıxarmağı tələb edir. Buna cavab olaraq Makron da bildirir ki, Nigerdəki maraqlarına qarşı hər hansı hücuma dözməyəcək, Paris “dərhal və qətiyyətlə” cavab verəcək. Bundan sonra minlərlə insan etiraza çıxıb, “Fransanın Nigerdəki səfirliyi” yazılmış lövhəni cırıb, yerinə Niger bayrağını taxıblar.

Elə bu səbəbdən də Fransa mediası Emmanuel Makronun Fransanı çökdürməsi istiqamətində analiz və şərhlərin sayını artırıb. Bu fikirlərə Rusiya və yaxud digər ölkələrin mediasında rast gəlsəydik, bəlkə də normal qarşılamaq olardı. Məsələ ondadır ki, bu, fransız jurnalistlərin gəldiyi qənaətdir. Ölkə siyasiləri və deputatlarının ardınca jurnalistlər də prezidenti hədəfə alıb, xarici və daxili siyasətdə uğursuzluğu artıq hər kəs dilə gətirir və səsləndirir.

Keçmiş müstəmləkələri itirmək təhlükəsi Fransa təəssübkeşlərini qorxuya salıb. Axı, ölkə büdcəsinə hər il keçmiş müstəmləkələrdən milyonlar axır. Və görünür, fransızlar Makrondan fəqrli olaraq bu gəlirdən məhrum olmaq istəmirlər. Başa düşürlər ki, Makron bir gün çıxıb gedəcək, nəticəsini də onlar çəkəcək. Məlumat üçün bildirək ki, uzun müddətdir Fransa indi Frankafrika bölgəsini təşkil edən keçmiş müstəmləkələrindən illik gəlirlərinin 85%-ni alır. Son illərdə isə Fransa daxil olmaqla Qərb ölkələri Afrikada öz təsirlərini sürətlə itirirlər. Bu da qismən yerli əhaliyə və dövlətlərin rəhbərliyinə qarşı təkəbbürlü ritorika və açıq irqçi münasibətlə bağlıdır.

Fransalı jurnalistlər bu qənaətdədir ki, məhz Parisdən başlanan etirazlar sürətlə Afrikadakı müstəmləkələrə yayılır və bunda da Makron məsuliyyət daşıyır. Nigerdə dövlət çevrilişi misal çəkilir. Vurğulanır ki, Parisin bu ölkədəki əsas müttəfiqi Məhəmməd Bazumun devrilməsi uğursuzluğun pik həddi oldu. Fransa hakimiyyəti üçün bu iki bəd xəbərə daha biri də əlavə olunur: miqrasiya siyasətində respublikaçılarla razılığa gələ bilinməməsi.

Nigerdə dövlət çevrilişi zamanı etirazçılar Fransa bayraqlarını yandıraraq, əvəzində rus bayrağını qaldırdılar ki, bu da Yelisey sarayı üçün təhqir demək idi. Bu addım Fransanın Saheldə onillik siyasi fəaliyyətinin uğursuzluğu idi. Dünyanın bu regionunda sabitliyin pozulması Avropaya daha da nəzarətsiz miqrasiya riskini artırır. Bu barədə fransız analitiklərinin özləri də danışırlar. Onların qənaətincə, Fransa prezidenti “kökə və dəyənək” siyasəti ilə paralel islahatlar aparmaq istəyir.

Maraqlı olan odur ki, Makron artıq nüfuzlu medianı təmsil edən jurnalistlər tərəfindən şiddətli, ciddi tənqidlərə məruz qalır. Onların arasında hətta “Le Point” kimi nüfuzlu həftəlik nəşr də var. Bu məqalələrdə də Makron Fransanı “çökdürmək”də “batırmaqda”, "uğursuzluqların bəlası" olmaqda ittiham olunur. Bu ifadələr artıq fransız müxbirlər tərəfindən fəal şəkildə istifadə olunur.

Fransalı politoloq Roman Bessone “Aktual müsahibə” layihəsində maraqlı bir məsələyə toxunur. Onun qənaətincə, Fransada Makron rejiminin problemləri durmadan artır. “Məncə, Makron bizim NATO blokuna və Qərb infrastrukturuna daha çox inteqrasiya etməyimizi istəyirdi”, - deyə politoloq hesab edir.

Beləliklə, ölkədə əsas diqqət E.Makrona yönəlib. Ola bilsin, Makron 2027-ci il seçkilərinə qədər postunda qalmağa müvəffəq olsun. Lakin ən təhlükəlisi postmakronizm, yəni ondan sonrakı müddətdir. Bu səbəbdən də fransızları ağır günlər gözləyir. Makronun dağıtdıqlarını düzəltmək üçün onilliklər lazım olacaq.

Paylaş

Xəbər lenti

Polis "Sabah" – "Barselona" oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparıb Bu gün, 08:49 Azərbaycan və Litvanın XİN rəhbərləri "Sabah" – "Barselona" matçını birlikdə izləyiblər Bu gün, 08:49 Dambrauskas: Futbolçularımın meydanda nələr yaşadığını təsəvvür edə bilirdim Bu gün, 08:49 Flik: "Sabah"ın "Barselona" ilə matçda itirəcəyi heç nə yox idi Bu gün, 08:48 Sosial müəssisədə doqquz gündür istilik yoxdur? Bu gün, 08:48 Bakıda bu ərazidə fərdi evlər SÖKÜLƏCƏK - 3 min manat kompensasiya... Bu gün, 08:48 Qazaxda evdə partlayış olub: Ana və oğlu xəsarət aldılar Bu gün, 08:48 Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Dünən, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Dünən, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Dünən, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Dünən, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Dünən, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Dünən, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Dünən, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Dünən, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Dünən, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Dünən, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Dünən, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Dünən, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Dünən, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Dünən, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Dünən, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Dünən, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR