22-08-2023, 17:34 559

“Azərbaycan-Özbəkistan strateji tərəfdaşlığı çox qlobal xarakter daşıyır” - RƏY

“Azərbaycan-Özbəkistan strateji tərəfdaşlığı çox qlobal xarakter daşıyır və siyasi səviyyədən iqtisadi, sosial, humanitar sferalara qədər çoxşaxəli istiqamətləri əhatələyir”.

Bu fikirləri “AVESTA.AZ”a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

İki ölkə arasında əlaqələrin tarixinə toxunan B.Məhərrəmov xatırladıb ki, Azərbaycan ilə Özbəkistan eyni kök, eyni dil və din bağına baxmayaraq dövlətlərimiz arasında diplomatik münasibətlər nisbətən gec, 2 oktyabr 1995-ci ildə yaradılıb, 1996-cı ildə Azərbaycanın Daşkənddə, iki il sonra isə Özbəkistanın Bakıda səfirliyi fəaliyyətə başlayıb.

Onun sözlərinə görə, münasibətlərin bu qədər ləng inkişafının kökündə isə 90-cı illərin əvvəllərində hakimiyyəti zəbt etmiş AXC-Müsavat cütlüyünün səbatsız fəaliyyəti olub:

“Bakı bütün müstəvilərdə bizə qardaş olan Özbəkistanla münasibətləri yalnız Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bərpa etməyə nail olub və bu gün dövlət başçısı İlham Əliyevin iqtidarı dövründə münasibətlərimiz özünün qızıl dövrünü yaşayır”.

Deputat bildirib ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana gerçəkləşən dövlət səfərinin əhəmiyyəti barədə çox danışmaq olar, lakin bu il iyulun 24-də İlham Əliyevin özbəkistanlı həmkarına ad günü münasibətilə zəng edərkən bu səfərin əlaqələrimizin inkişafında növbəti mərhələ olacağına əminlik ifadə edilməsi çox məqamlara aydınlıq gətirir:

“Bildiyiniz kimi, Prezident İlham Əliyevin ötən il iyulun 21-də Özbəkistana səfəri çərçivəsində ölkələrimiz arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsi haqqında siyasi Bəyannamə imzalanıb. İlham Əliyevin mətbuat üçün birgə bəyanatda ifadə etdiyi kimi, “bu Saziş mahiyyətcə gələcək fəaliyyətimizin yol xəritəsidir”. Bu çərçivədə münasibətlərin həqiqətən strateji səviyyəyə çatması üçün geniş spektrli prioritetlər və birgə fəaliyyət proqramları müəyyən edilib”.

O vurğulayıb ki, Azərbaycan-Özbəkistan strateji tərəfdaşlığı çox qlobal xarakter daşıyır və siyasi səviyyədən iqtisadi, sosial, humanitar sferalara qədər çoxşaxəli istiqamətləri əhatələyir: “Azərbaycan və Özbəkistan arasında siyasi münasibətlər, əvvəldə də qeyd edildiyi kimi, özünün qızıl dövrünü yaşayır, ölkələrimiz istisnasız olaraq bütün platformalarda vahid mövqedən çıxış edir. Özbəkistan 30 il ərzində Ermənistanla münasibətlərində Azərbaycanın ərazi bütövlüyü və işğal faktorunu rəhbər tutub. Vətən müharibəsində Zəfərimizdən sonra Azərbaycan Prezidenti və xalqını ilk təbrik edən beynəlxalq subyektlərdən biri məhz Özbəkistan olub. Rəsmi Daşkənd özünün siyasi-mənəvi dəstəyini ifadə etmək məqsədilə quruculuq-bərpa prosesinə dəstək olaraq Füzuli şəhərində Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə Özbəkistan büdcəsinin vəsaiti hesabına 960 şagird yerlik məktəb inşa edir. Həmçinin ortaq kökümüz, dilimiz, habelə tarixi bağlarımız mədəni-humanitar əlaqələr üçün ciddi bazisdir və ölkələrdəki mövcud siyasi iradə də bu əlaqələrin dərinləşməsi üçün bütün mümkün addımları atır”.

“İqtisadi əlaqələrə gəlincə, statistikaya əsasən, göstəricilər ilk dövrlərlə münasibətdə azı altı dəfə artıb, lakin Prezident Mirziyoyevin ifadə etdiyi kimi, “məcmu halda onlar bizim münasibətlərimizə, imkanlarımıza uyğun gəlmir”. Bu mənada Daşkənd görüşündə liderlər Azərbaycan-Özbəkistan qarşılıqlı münasibətlərini genişləndirməyi və həqiqətən yeni platforma, yeni istiqamətlər yaratmağı vəzifə olaraq hökumətlərin üzərinə vəzifə olaraq qoydular. Özbəkistan Prezidentinin ifadə etdiyi kimi, bu istiqamətdə ən mühüm prioritetimiz ticarəti və sənaye kooperasiyasını genişləndirməkdir. Ötən dövr ərzində bununla bağlı addımlar atılıb, ipəkçilik avtomobilqayırma, hasilat, neft kimyası, əczaçılıq, tikinti materialları və hazır tekstil malları, qida məhsulları, zərgərlik məmulatları istehsalı və şərabçılıq sahələrində onlarca yeni layihələr üzərində iş aparılıb”, - deputat əlavə edib.

O qeyd edib ki, Azərbaycanın Vətən müharibəsindən sonra yaratdığı yeni reallıq, habelə qlobal ziddiyyətlərin dərinləşməsi ilə Azərbaycanın regionda artan, xüsusən Prezident İlham Əliyevin zamanında uzaqgörənliklə reallaşdırdığı kommunikasiya layihələrinə daha çox zərurətin meydana çıxması fonunda, ölkəmizin qlobal nəqliyyat kommunikasiya habına çevrilməsi Özbəkistanla münasibətlərimizə də təsirsiz ötüşməyib və əməkdaşlığımızın strateji istiqamətlərindən birinə çevrilib:

“Təbii ki, hədəflər böyükdür, liderlərin iradəsi isə komanda üzərinə ciddi məsuliyyət qoyub. Qeyd edilənlərin fonunda Özbəkistan Prezidentinin Azərbaycana bugünkü səfəri ötən il müəyyən edilmiş hədəflərin icrasının səmərəliliyini təhlil etmək, habelə yeni qlobal düzəndə yeni prioritetlər, birgə hərəkət planları müəyyən edilməsi üçün mühüm imkan olacaq”.

Paylaş

Xəbər lenti

PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Bu gün, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Bu gün, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Bu gün, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Bu gün, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Bu gün, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Bu gün, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Bu gün, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Bu gün, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Bu gün, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Bu gün, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Bu gün, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Bu gün, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Bu gün, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Bu gün, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Bu gün, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Bu gün, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Bu gün, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Bu gün, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Bu gün, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Bu gün, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Bu gün, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Bu gün, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Bu gün, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Bu gün, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Bu gün, 16:48 "Qarabağ"ın xanım azarkeşləri üçün pulsuz biletlər Bu gün, 16:48 Ahıl qadının çantasından pul kisəsini oğurladı - ANBAAN VİDEO Bu gün, 16:48 Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib Bu gün, 16:48 İranda elektrik enerjisinin verilişi məhdudlaşdırıldı Bu gün, 16:48 Əli Əhmədov: Azərbaycanda bu il nikah potensialında olan şəxslərin yarısı evlənməyib Bu gün, 16:48 Abşeron sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR  - Kənd və qəsəbələrdə... Bu gün, 16:48 Avtomobil sürənlərin diqqətinə: Sükan arxasında ürək ritmi dəyişir Bu gün, 15:48 "50 qəpiklik moyka" aparatından  oğurluq edənləri polis saxladı Bu gün, 15:48 Özünə "iPhone 18" aldı, polis saxladı - Oğurluq etdiyi iddia olunur Bu gün, 15:48 İlham Əliyev Hikmet Çetinin ailəsinə başsağlığı verdi Bu gün, 15:48 Almaniyalı deputat Avropanı Rusiya ilə dialoqa çağırdı Bu gün, 15:48 İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair video paylaşılıb Bu gün, 15:48 Musiala yenidən huşunu itirdi – "Bayern" vəziyyətə aydınlıq gətirdi Bu gün, 15:48 İslam Rzayevin əmlaklarına həbs qoyuldu Bu gün, 15:48 ATPF və BeFit Baku arasında tərəfdaşlıq memorandumu imzalandı Bu gün, 15:48 Gələn il bazarlarda qiymətlər nədən asılı olacaq? - AÇIQLAMA Bu gün, 15:48 Şahzadə Uilyam və Keyt Midltonun evinə girməyə cəhd – iki nəfər saxlanıldı Bu gün, 14:48 Kamçatka sahillərində 4,5 maqnitudalı zəlzələ oldu Bu gün, 14:48 Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşüb Bu gün, 14:48 Litva XİN rəhbəri: Bu gün "Sabah"-"Barselona" matçında olacağam Bu gün, 14:48 Azərbaycanda yeni mərkəz yaradılır - FƏRMAN Bu gün, 14:48 Tərbiyəçi-müəllimlərin işə qəbulu başlayır Bu gün, 14:48 İlham Əliyevdən ixracda hesablaşmalarla bağlı fərman Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR