
"İnşallah ki, tezliklə Zəngəzur dəhlizini əhatə edəcək hava limanının açılışı olar".
Avesta.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan jurnalistlərin suallarını cavablandırarkən bildirib. O qeyd edib ki, bu istiqamətdə işlər görülür: “Bilirsiniz ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Azərbaycan və Ermənistan liderləri üçtərəfli formatda görüş keçiriblər. İlham Əliyevin dediyinə görə, həmin görüş müsbət keçib. O görüşdən sonra İlham Əliyevlə yenidən danışdım. Məndə olan məlumata görə, lazım olan istiqamət üzrə hərəkət edilir”, - deyə Ərdoğan qeyd edib.
Türkiyə lideri yaxın vaxtlarda Zəngilan hava limanının açılışının olacağını diqqətə çatdırıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.