
Fransanın "Bezye" reqbi klubunun üzvü Lutsobo Makvedini vəfat edib.
AVESTA.AZ report-a iatinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Səhər məşqi zamanı 20 yaşlı oyunçu özünü pis hiss edib. O, dərhal xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Lutsobo Makvedininin ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, gənc reqbiçi 2025-ci ilin yayında "Bezye"yə keçib. O, əvvəllər CAR-ın yeniyetmələrdən ibarət yığmasında oynayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.