
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında qrupdan çıxmaq şansını itirib.
"Report"un məlumatına görə, buna hazırda Çexiya yığmasının İsveçlə görüşdə ilk iki seti qazanması səbəb olub.
Çexlər ən azı bir xalı təmin etdiyindən, milli 1/8 finala yüksələ bilməyib.
Qeyd edək ki, Azərbaycan yığması 6 kollektivin yer aldığı C qrupunu 5 xalla beşinci sırada bitirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.