
Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası 2023-cü il Avropa çempionatının seçmə qrup mərhələsində sonuncu oyununu keçirir.
"AVESTA.AZ"un məlumatına görə, həlledici qarşılaşmada rəqib Avstriya yığmasıdır. Eldar Yusubovun baş məşqçi olduğu kollektiv 3 setdən sonra hesabda öndədir - 2:1 (25:14, 25:20, 23:25)
Hazırda 9 xalı olan yığma bu görüşdə 2:3 hesabı ilə uduzsa belə, xalını 10-a çatdıracaq və qrupu 2-ci sırada tamamlayacaq. Bu isə o deməkdir ki, milli komanda artıq final mərhələsinə vəsiqəni təmin edib.
Qeyd edək ki, Avropa çempionatı Belçika, İtaliya, Estoniya və Almaniyanın birgə ev sahibliyi ilə təşkil olunacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.