
Ukraynanın işğal altındakı Sevastopol şəhərinin Xersones burnu ərazisində dron hücumu olub.
“Report” xəbər verir ki, bu barədə regionun qondarma qubernatoru Mixail Razvojayev bildirib.
“İlkin verilənlərə görə, Xersones burnu ərazisində dəniz üzərində bir neçə PUA məhv edilib. Fövqəladə hallar üzrə xidmətlər mülki infrastruktura heç bir ziyan qeydə almayıblar. Hazırda şəhərdə sakitlikdir. Lakin bütün qüvvə və xidmətlər döyüşə hazır vəziyyətdədir”, - regionun qondarma rəhbəri qeyd edib.
Qeyd edək ki, sosial şəbəkədə Sevastopolda dron səslərinin əks olunduğu yayılıb.
Xatırladaq ki, 2014-cü ilin mart ayında Rusiya Ukraynanın xüsusi statuslu şəhəri olan Sevastopol, həmçinin Krım Muxtar Respublikasını ilhaq edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.