25-08-2023, 12:50 598

Vəkillər Kollegiyasının sədri:

"Vəkillər Kollegiyasında dövlət hesabına ayrılan vəsaitin xərclənməsi ciddi nəzarət altındadır".

"AVESTA.AZ"un xəbərinə görə, bunu Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov deyib.

O bildirib ki, hazırda dövlət hesabına hüquqi yardım göstərilən vəkillərlə bağlı bütün məlumatlar elektron qaydada təhlil olunur.

Vəkillər Kollegiyasında Hüquqi Yardım və Tədris Mərkəzi yaradıldığını xatırladan sədr deyib ki, bu Mərkəz dövlət hesabına hüquqi yardımla bağlı, o cümlədən "pro bono" (ictimai xeyir naminə-red.) hüquqi yardımla bağlı bütün məsələləri təmin edir.

Onun sözlərinə görə, Mərkəz ümumiyyətlə vəkillərin davamlı tədris məsələsi və treyninqlərin keçirilməsində çoxşaxəli fəaliyyət göstərir. Sədr eyni zamanda Mərkəzin nəzdində "Pro bono" vəkil bürosunun da fəaliyyət göstərdiyini xatırladıb.

Mərkəzin işinin tam şəffaf şəkildə qurulduğunu söyləyən A.Bağırov bildirib ki, bütün fəaliyyət elektronlaşdırılıb. O deyib ki, hazırda dövlət hesabına hüquqi yardım göstərilən vəkillərlə bağlı bütün məlumatlar elektron qaydada təhlil olunur:

"Dövlət hesabına ayrılan vəsaitin xərclənməsi ciddi nəzarət altındadır. Maliyyə Nazirliyi və digər aidiyyəti qurumlar bu məsələdə xüsusi rol oynayır. Məhkəmələr, istintaq orqanları tərəfindən vəkillərin dövlət hesabına göstərdikləri hüquqi yardımla bağlı qərarlar Hüquqi Yardım və Tədris Mərkəzinə göndərilir. Təqdim olunan sənədlər Mərkəzdə təhlil olunur. Qanunvericiliyin tələblərinə cavab verdiyi təqdirdə vəkillərə ödənilən məbləğlə bağlı ödəniş tapşırığı aidiyyəti üzrə xəzinədarlığa göndərilir. Həmin vəsait vəkillərin hesabına, yaxud fəliyyət göstərdiyi büroların hesabına köçürülür. Vergilər çıxılmaq şərtilə həmin vəsait nağdsız qaydada vəkilə ödənilir. Əvvəlki illərdən fərqli olaraq, bürokratik əngəllər yoxdur. İlin yekunlarına görə Kolelgiyada müşavirələr keçiririk. Büro rəhbərləri və dövlət hesabına hüquqi yardım göstərən vəkillərin iştirakı ilə ötən ilin nəticələrini təhlil edirik. Nöqsanlar təbii ki, var. Əsas nöqsanlardan biri formal vəkillikdir. Formal vəkillik halları ilə biz Kollegiya olaraq mübarizə aparırıq. Bununla bağlı dəfələrlə həmin vəkillər intizam məsuliyətinə cəlb edilib. Bu məsələdə biz barışmaz mövqe nümayiş etdiririk, tolerantlıq sıfıra bərabərdir".

A.Bağırov vurğulayıb ki, vəkillərə il ərzində dövlət hesabına 15 min manatdan yuxarı vəsait ödənilməsinə Kollegiya veto qoyub. Sədr hesab edir ki, il ərzində dövlət hesabına 15 min manatdan yuxarı məbləğdə hüquqi yardımın göstərilməsi şübhəli haldır:

"Burada formal vəkilliklə bağlı müəyyən şübhələr yaranır. Bu məsələ ilə bağlı qəti mövqeyimiz belədir ki, hər bir hal araşdırılmalıdır. Hətta bununla bağlı aidiyyəti dövlət qurumlarına, istintaq-təhqiqat orqanlarına və məhkəmələrə müraciət etmişik. Dövlət hesabına hüquqi yardımla bağlı Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən hər ay təsdiq olunan siyahılara riayət olunmalıdır. Yeri gəlmişkən o siyahıları biz öz saytımızda dərc edirik. İstəyirik ki, növbətçiliyə əməl olunsun. Çünki bu, qanunun tələbidir. Müəyyən üzrlü səbəbdən vəkil işə çıxa bilmirsə, bu hal lazımi qaydada rəsmiləşdirilməlidir. Büroya müvafiq qərar təqdim olunmadan vəkil hər hansı istintaq orqanına çağırıla bilməz. Bunu ciddi monitorinq altında saxlayırıq. Bu cür hallarla mübarizə aparmaq üçün bütün lazımi tədbirlər görülür".

Paylaş

Xəbər lenti

Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48 Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Dünən, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Dünən, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Dünən, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Dünən, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Dünən, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Dünən, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Dünən, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Dünən, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Dünən, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Dünən, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Dünən, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Dünən, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Dünən, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Dünən, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Dünən, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Dünən, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Dünən, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Dünən, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Dünən, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Dünən, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Dünən, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Dünən, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Dünən, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Dünən, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Dünən, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Dünən, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Dünən, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Dünən, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Dünən, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Dünən, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Dünən, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Dünən, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Dünən, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Dünən, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Dünən, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Dünən, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR