
Dünya UBO versiyası üzrə növbəti super boks görüşməsi bu dəfə Ukrayna paytaxtı Kiyevdə baş tutub. Görüş kəmərin sahibi olan panamalı İrvinq Berri ilə Ukraynadan olan azərbaycanlı Nazir Rəhimov arasında baş tutub. 22 yaşlı Rəhimovun tam qələbəsi ilə başa çatan qələbə ilə soydaşımız Ukrayna tarixində ən gənc çempion olub. Eyni zamanda UBO super liqanın kəmərini Ukraynaya qazandırıb.
Çempion həmyerlimiz "Report"un Şərqi Avropa bürosu bildirib ki, hazırda növbəti yarışa hazırlaşır:
"Ukraynanın Nikolayev şəhərində anadan olub, orada böyümüşəm. Valideynlərim isə Azərbaycanın İmişli rayonunun Qaradamlı kəndində anadan olublar.
10 yaşımdan boksla məşğul oluram və 18 yaşıma kimi bu idman növü ilə məşğul olmuşam. Ölkə çempionatlarında həvəskarlar arasında mübarizə aparmışam. 18 yaşımdan sonra peşəkar boksa keçdim və artıq 13 uğurlu duelim baş tutub. 20 yaşımda Ukrayna çempionu adı uğrunda mübarizə apardım. Ukrayna tarixində ən gənc Ukrayna çempionu oldum.
Mənə doğma şəhərim Brovarıda dünya çempionatında yarışmaq imkanı verildi. Lakin problemlər oldu, rəqibim dəyişdirildi. Heç kim Ukraynayla müharibəyə görə mübarizə aparmaq istəmirdi. Döyüş gözlədiyimizdən qat-qat çətin oldu. Panamadan olan rəqibim bizim dəvətimizi qısa müddətdə qəbul etdi. O, çox güclü idi. Buna baxmayaraq 90 dəqiqəlik döyüşün 10-cu raundunda onu nokaut edib super yüngül çəkidə dünya çempionu titulunu qazandım. Əvvəlcə duelin bu il iyunun 24-də keçirilməsi planlaşdırılırdı. Lakin Kiyev güclü atəşə tutulduğu üçün qarşılaşma iyulun 29-na, daha sonra avqustun 12-nə keçirildi. Nəticədə Brovarı şəhərində keçirilən dueldə biz qalib gəldik. Qarşılaşmaların axşamı məlum oldu ki, peşəkarlar arasında Ukrayna çempionu oldum və kəmər qazandım.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.