25-08-2023, 13:20 575

Türkiyəli deputat “Metsamor” AES-in bağlanmasını tələb edir: “Bölgə üçün böyük təhlükədir”

“Metsamor” Atom Elektrik Stansiyası (AES) Türkiyə, Azərbaycan, Gürcüstan, İran və Ermənistanın özü üçün böyük təhlükədir”.

“AVESTA.AZ” xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının İqdırdan olan deputatı Cantürk Alagöz deyib.

Onun sözlərinə görə, Türkiyənin Ağrı vilayətində baş verən son zəlzələ bölgə əhalisi arasında narahatlığı artırıb. İnsanlar qorxu və həyəcanı daha çox Ermənistandakı “Metsamor” AES-lə bağlıdır.

Deputat bildirib ki, AES tək Türkiyə deyil, bütövlükdə region ölkələri üçün təhlükə mənbəyidir.

C.Alagöz “Metsamor” AES-in çökməsi və yaxud stansiyadan sızmaların olmasından ehtiyat etdiklərini söyləyib.

“Metsamor” qapımızın ən böyük təhlükəsidir” deyən deputat əlavə edib ki, İqdırın 30 kilometrliyində yerləşən stansiya köhnə texnologiya ilə tikilib və ilk növbədə, Türkiyə, Ermənistan, Azərbaycan, Gürcüstan və İran üçün böyük təhlükə yaradır: “Bu stansiya 2005-ci ildə bağlanmalı olsa da, 18 ildir ki, təmir adı altında işləyir. Xalqımız üçün həssas olan bu təhlükəni Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, Türkiyə Böyük Millət Məclisi və dünya ictimaiyyətinin diqqətinə çatdıracaq, stansiyanın bağlanmasına çalışacağam. İnsanlığa qarşı törədilən bu cinayət qarşısında Ermənistan xalqı da çox narahatdır və əziyyət çəkir. Ermənilər də bu elektrik stansiyasının bağlanmasına etiraz edirlər. Ermənistanın enerjisinin 27%-ni təmin edən bu stansiya bütün cəhdlərə baxmayaraq, fəaliyyətini dayandırmır”.

Millət vəkili Cantürk Alagöz sözlərinə belə davam edib: “Ermənistan illərdir ki, kin və düşmənçiliklə idarə olunur. 30 il əvvəl Qarabağda törədilən qırğınlar buna sübut idi. Azərbaycan torpaqlarının 20 faizi 30 il erməni işğalı altında qalıb. 44 günlük Müharibəsi ilə torpaqlar geri alındı. Ermənilər düşmənçiliklərini dayandırmalı, uzadılan sülh əlini sıxıb bölgənin sülh və təhlükəsizliyini bərqərar etməlidirlər. Axı, Metsamor Elektrik Stansiyası dağılanda Ermənistan deyilən yer qalmayacaq. Daim deyirlər ki, bölgəmizdə xərçəng xəstəliyi intensivdir. Hadisələrin artmasına səbəb kimi də Metsamor göstərilir. İqdır Dövlət Xəstəxanasında Onkologiya şöbəsinin açıqlamasını da təmin edəcəyəm. Demək istəyirəm ki, stansiyaya görə təhlükə altında olan əsas ölkə Ermənistandır. Amma sülh olsa, həm Türkiyə, həm də Azərbaycan bu 27%-lik enerji kəsirini ödəyə bilər”.

O, bölgəni təhdid edən "Metsamor" Atom Elektrik Stansiyasının bağlanması üçün addımlar atacağını da bildirib.

Qeyd edək ki, Metsamor AES Ermənistanın Türkiyə ilə sərhədindən 16 km aralıda yerləşir. Gücü 408 MVt olan 2 ədəd VVER-440/230 tipli reaktorlardan biri işləkdir. Elektrik stansiyası Ermənistanın paytaxtı İrəvandan 32 km, Qarsdan 100 km və İqdırdan 30 km məsafədədir. Elektrik stansiyasının birinci reaktoru 1976-cı ildə, ikincisi isə 1980-ci ildə istismara verilib. 1988-ci ildə Spitak zəlzələsində zədələnməsə də, əhalinin təzyiqi və etirazları nəticəsində stansiyanın hər iki reaktoru bağlanıb. 1993-cü ildə Ermənistan hökuməti enerji böhranı ilə əlaqədar ikinci bloku yenidən işə salmaq qərarına gəlib və bəzi təkmilləşdirmə işlərindən sonra aqreqat 1995-ci ildə istismara verilib. 2005-ci ildə planlaşdırılan istismar müddətini başa vuran elektrik stansiyasının istismar müddəti 2016-cı ilə qədər uzadılıb. 2016-cı ildə elektrik stansiyasının istismar müddətini 2026-cı ilə qədər uzatmaq planlaşdırılırdı. 2018-ci ildə 2036-cı ilə qədər uzadılmasının planlaşdırıldığı açıqlanıb. Müxtəlif mənbələrə görə AES bu gün dünyada mövcud elektrik stansiyaları arasında ən təhlükəli reaktorlardan biridir. Onun tikintisi zamanı sovet alimləri və Ermənistandakı dairələr stansiyanın nasazlıq xəttində yerləşməsi və su ehtiyatlarına sızma ehtimalı olması səbəbindən onun tikintisinə qarşı çıxırdılar.

Müxtəlif qeyri-hökumət təşkilatları, bəzi akademiklər və Avropa İttifaqı zavodun ətraf ərazilər üçün təhlükə yaratdığını iddia edərək, onun bağlanmasını tələb ediblər. Onun zəlzələ zonasında yerləşməsi və müxtəlif uyğunsuzluqlar elektrik stansiyası ilə bağlı narahatlıq doğurur.

Paylaş

Xəbər lenti

Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Bu gün, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Bu gün, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Bu gün, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Bu gün, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Bu gün, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Bu gün, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Bu gün, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Bu gün, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Bu gün, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Bu gün, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Bu gün, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Bu gün, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Bu gün, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Bu gün, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Bu gün, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Bu gün, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Bu gün, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Bu gün, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Bu gün, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Bu gün, 16:48 "Qarabağ"ın xanım azarkeşləri üçün pulsuz biletlər Bu gün, 16:48 Ahıl qadının çantasından pul kisəsini oğurladı - ANBAAN VİDEO Bu gün, 16:48 Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib Bu gün, 16:48 İranda elektrik enerjisinin verilişi məhdudlaşdırıldı Bu gün, 16:48 Əli Əhmədov: Azərbaycanda bu il nikah potensialında olan şəxslərin yarısı evlənməyib Bu gün, 16:48 Abşeron sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR  - Kənd və qəsəbələrdə... Bu gün, 16:48 Avtomobil sürənlərin diqqətinə: Sükan arxasında ürək ritmi dəyişir Bu gün, 15:48 "50 qəpiklik moyka" aparatından  oğurluq edənləri polis saxladı Bu gün, 15:48 Özünə "iPhone 18" aldı, polis saxladı - Oğurluq etdiyi iddia olunur Bu gün, 15:48 İlham Əliyev Hikmet Çetinin ailəsinə başsağlığı verdi Bu gün, 15:48 Almaniyalı deputat Avropanı Rusiya ilə dialoqa çağırdı Bu gün, 15:48 İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair video paylaşılıb Bu gün, 15:48 Musiala yenidən huşunu itirdi – "Bayern" vəziyyətə aydınlıq gətirdi Bu gün, 15:48 İslam Rzayevin əmlaklarına həbs qoyuldu Bu gün, 15:48 ATPF və BeFit Baku arasında tərəfdaşlıq memorandumu imzalandı Bu gün, 15:48 Gələn il bazarlarda qiymətlər nədən asılı olacaq? - AÇIQLAMA Bu gün, 15:48 Şahzadə Uilyam və Keyt Midltonun evinə girməyə cəhd – iki nəfər saxlanıldı Bu gün, 14:48 Kamçatka sahillərində 4,5 maqnitudalı zəlzələ oldu Bu gün, 14:48 Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşüb Bu gün, 14:48 Litva XİN rəhbəri: Bu gün "Sabah"-"Barselona" matçında olacağam Bu gün, 14:48 Azərbaycanda yeni mərkəz yaradılır - FƏRMAN Bu gün, 14:48 Tərbiyəçi-müəllimlərin işə qəbulu başlayır Bu gün, 14:48 İlham Əliyevdən ixracda hesablaşmalarla bağlı fərman Bu gün, 14:48 Hacıqabulda seldən zərər çəkmiş fermerə 3 min manata yaxın ödəniş edilib Bu gün, 14:48 Küləkli hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq Bu gün, 14:48 "Vətən daşı" sənədli filmi "Youtube"da təqdim edilib Bu gün, 14:48 100 milyon il əvvəl su üzərində yeriyən çəyirtkə növü aşkarlanıb Bu gün, 14:48 AYNA: Qusar-Bakı yolunda növbəti elektron tərəzi quraşdırılıb Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR