
Bakının Xəzər rayonununda 15 yaşlı gənc oğlan itkin düşüb.
"AVESTA.AZ"un məlumatına görə, Binə qəsəbəsində 2008-ci il təvəllüdlü Abbasov Adəm Qüdrət oğlu dünən axşam saatlarında fərdi dərs hazırlığı kursundan çıxıb. Lakin evə qayıtmayıb. Onu son dəfə avtobus dayanacağında görüblər. Bundan sonra A.Abbasovdan xəbər olmayıb.
Hadisə ilə bağlı Xəzər rayonu Polis İdarəsi 3-cü Polis bölməsinə məlumat verilib.
A.Abbasovu görənlərdən və ya onun barəsində məlumatı olanlardan hüquq-mühafizə orqanlarına, yaxud 051-799-96-45 nömrəli telefona xəbər vermələri xahiş olunur.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.