
Türkiyənin Muğla şəhərində bağlı oteldə 16 qanunsuz miqrant aşkarlanıb.
“AVESTA.AZ” Türkiyə KİV-inə istinadən xəbər verir ki, Mərmərə Qanunsuz Miqrasiya və İnsan Alverinə qarşı mübarizə Baş İdarəsinin əməkdaşları şəhərdə gəzən bir şəxsdən şübhələnərək araşdırmaya başlayıb.
Bununla bağlı keçirilən əməliyyat zamanı oteldə 15 suriyalı və 1 fələstinli qanunsuz miqrant saxlanılıb.
Onlar müvafiq prosedurlardan sonra miqrasiya idarəsinə aparılıblar.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.