26-08-2023, 14:52 536

Prezident:

"Bu gün biz həm Şuşada, həm Laçında toy-bayram edirik, həm də sakinlər qayıdıb, həyat qayıdıb".

"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev Laçın şəhərində Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, Laçının işğala məruz qalması böyük faciə idi, həm laçınlılar üçün, həm bütün Azərbaycan xalqı üçün: "Hər bir kəndin, şəhərin işğala məruz qalması böyük faciə idi, amma Laçının işğalı strateji nöqteyi-nəzərdən böyük bir sınaq idi, böyük bir fəlakət idi. Çünki beləliklə, Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaradılırdı və bizim sonrakı itkilərimizin başlanğıcı məhz Şuşa və Laçının itirilməsi idi. May ayı müstəqil Azərbaycanın tarixində bu iki faciəvi günlə əlaqəli idi. Yəni, bizim müstəqil həyatımızda may ayı faciəli bir ay idi - çünki 8 mayda Şuşa, 18 mayda Laçın işğal edildi. İşğal bizi içəridən sarsıdırdı və bu işğal digər torpaqlarımızı işğal altına düşməsinin başlanğıcı idi. Çünki birinci Şuşa, ondan sonra Laçın işğal olunmuşdur".

Prezident İlham Əliyev qeyd edib ki, hər bir laçınlı, hər bir keçmiş məcburi köçkün bu gün qürur hissi ilə yaşayır:

"Bu gün biz həm Şuşada, həm Laçında toy-bayram edirik, həm də sakinlər qayıdıb, həyat qayıdıb. Bu gün səhər uşaqlarla bir neçə tədbirdə iştirak edirdim. Onlardan soruşurdum, həm Zabuxda, həm Laçın şəhərində, siz Bakıdan, Sumqayıtdan, digər yerlərdən gəlmisiniz, darıxmırsınız? Xeyr dedilər. Biz öz doğma torpağımızda qürurla yaşayırıq. Hər bir laçınlı, hər bir keçmiş məcburi köçkün bu gün qürur hissi ilə yaşayır. Hər bir azərbaycanlı, Azərbaycanın hər bir yerində bütün Azərbaycan vətəndaşları, dünya azərbaycanlıları qürur hissi ilə yaşayırlar ki, biz tarixi Zəfər çalaraq bütün dünyaya Azərbaycan xalqının gücünü, iradəsini göstərdik və öz doğma torpağımıza qan tökərək qayıtmışıq. Danışıqlar yolu ilə bunu etmək mümkün deyildi və müharibə yeganə çıxış yolu idi. Biz ədalətli müharibə aparmışıq, biz öz torpağımızda vuruşmuşuq, savaşmışıq. Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur, ancaq öz torpağımızı biz heç kimə verən də deyilik. Bu məsələ ilə bağlı hələ işğal dövründə dəfələrlə mən Azərbaycan dövlətinin mövqeyini ifadə edərək deyirdim ki, heç vaxt Azərbaycan xalqı işğalla barışmayacaq, nəyin bahasına olursa-olsun öz doğma torpaqlarına qayıdacaqdır və belə də oldu", - Prezident İlham Əliyev vurğulayıb.

Paylaş

Xəbər lenti

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib Bu gün, 14:48 Kombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı Bu gün, 14:48 Türkiyə DİN: Zəfərin mübarək olsun, can Azərbaycan Bu gün, 14:48 Muxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır Bu gün, 14:48 Vətən Müharibəsi qəhrəmanı döyüşün ən ağır anlarını xatırladı: "Şuşanın qala divarları bizə sipər oldu" Bu gün, 14:48 Elçin Quliyev Zəfər Günü ilə bağlı DSX-nin şəxsi heyətini təbrik edib Bu gün, 14:48 Lənkəranda ilk dəfə AFFA U-12 Qızlar Liqasına start verilib Bu gün, 14:48 İşğaldan azad edilmiş ərazilərdəki müəssisələrdə 6 576 şagird və uşaq təhsil alır Bu gün, 14:48 Şəmkirdə ağır qəzada xəsarət alanların son vəziyyəti açıqlanıb Bu gün, 14:48 Azərbaycan Prezidenti: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq" Bu gün, 13:48 Prezident: "Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar" Bu gün, 13:48 Prezident: "Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" Bu gün, 13:48 Türkiyə MMN: Zəfər Günün mübarək olsun, qəhrəman Azərbaycan! Bu gün, 13:48 Zakir Həsənov Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib Bu gün, 13:48 Prezident İlham Əliyev Şahbaz Şərifə təşəkkür edib Bu gün, 13:48 249 saylı bağçada işə gəlməyənlərə maaş hesablanaraq mənimsənilib? Bu gün, 13:48 Ukrayna səfiri: Azərbaycanın Zəfər Günü ədalətin təntənəsini simvolizə edir Bu gün, 13:48 Emrah Azərbaycan xalqının Zəfər Gününü təbrik etdi Bu gün, 13:48 Səfərbərlik Xidmətinin şəxsi heyəti Zəfər Tağı abidəsini ziyarət edib Bu gün, 13:48 Azərbaycanın futzal millisi bu gün Latviya ilə üz-üzə gələcək Bu gün, 12:48 Şəhid Elşən Əhmədlinin anası: "Qəhrəman böyütməyimdən xəbərim olmayıb" Bu gün, 12:48 İlham Əliyev: Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi Bu gün, 12:48 Zakir Həsənov və Kərim Vəliyevin qucağındakı əkizlərin kimliyi məlum olub Bu gün, 12:48 Ərdoğan Zəfər Günü tədbirlərində iştirak etmək üçün Qarabağa yola düşüb Bu gün, 12:48 Azərbaycan Prezidenti: Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür Bu gün, 12:48 Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib Bu gün, 12:48 İlham Əliyev: Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir Bu gün, 12:48 Xankəndidəki Zəfər Muzeyinin məkanı bəlli olub Bu gün, 12:48 "Haber Global" Ərdoğanın Qarabağa səfər proqramını açıqlayıb - Video Bu gün, 12:48 Bakıda və Abşeron yarımadasında yağış yağacaq, şimşək çaxacaq Bu gün, 12:48 Prezident: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir" Bu gün, 12:48 Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndərin və şəhidlərin xatirəsini ehtiramla yad edib Bu gün, 11:48 Pakistanın Baş naziri 8 Noyabrı Azərbaycan xalqının cəsarətinin tarixi sübutu hesab edir Bu gün, 11:48 8 Noyabr: İllərin intizarına son qoyan Möhtəşəm Zəfər Günü Bu gün, 11:48 Kamran Əliyev və prokurorluğun rəhbər heyəti Zəfər Tağını ziyarət edib Bu gün, 11:48 Rəşad Nəbiyev: Zəfər Günü Azərbaycan xalqının qəhrəmanlığının təntənəsidir Bu gün, 11:48 Kasım-Jomart Tokayev İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib Bu gün, 11:48 Milli Qəhrəmanın oğlu: "Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır" Bu gün, 11:48 Bakıda 166 saylı avtobus tüstülədi - Sərnişinlər yolda qaldı Bu gün, 11:48 Dağlara qar yağdı - Faktiki hava Bu gün, 11:48 Şəmkirdə avtomobil ağaca çırpılıb: Ölən və xəsarət alanlar var Bu gün, 10:48 Dövlət rəsmiləri Zəfər parkında şəhidlərin xatirəsini anırlar Bu gün, 10:48 Pərviz Şahbazov: Böyük güclərin müqaviməti fonunda qazanılan Zəfər dünyada yeni presedent yaradıb Bu gün, 10:48 Azərbaycan Basketbol Liqasında VI tura bu gün yekun vurulacaq Bu gün, 10:48 Zəfərdən sonra 132 min nəfərə sosial dəstək - Altı ilin rəqəmləri açıqlandı Bu gün, 10:48 Zəfər Günü münasibətilə Rustavidə Heydər Əliyevin abidəsi ziyarət olunub Bu gün, 10:48 Allahşükür Paşazadə və digər dini konfessiyaların nümayəndələri Zəfər Tağını ziyarət ediblər Bu gün, 10:48 Polşada bu səbəbdən iki günlük matəm elan edildi Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR