
Avstraliya sahillərində helikopter qəzasından sonra amerikalı bir neçə dəniz piyadası xilas edilib.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə telekanalı məlumat yayıb.
“Bir neçə hərbçi Darvinin (Avstraliyanın şəhəri - red.) şimalındakı Tivi adalarında hava nəqliyyatının qəzaya uğradığı yerdən xilas edilib”, - məlumatda deyilib.
Bildirilib ki, olayda 3 nəfər xəsarət alıb. Onlardan birinin vəziyyəti ağırdır.
Eyni zamanda telekanal qeyd edib ki, qəza nəticəsində ölənlər barədə məlumat yoxdur.
ABŞ-nin 20 dəniz piyadasını daşıyan "V-22 Osprey" hərbi helikopteri Avstraliya sahillərində qəzaya uğrayıb.
"AVESTA.AZ" xəbər verir ki, bu barədə "SkyNews" məlumat yayıb.
Telekanalın məlumatına görə, hadisə Melvil adası yaxınlığında Avstraliya, ABŞ, İndoneziya, Filippin və Şərqi Timordan olan şəxsi heyətin iştirak etdiyi "Predators Run" təlimləri zamanı baş verib.
"SkyNews"un məlumatına görə, ekipaj üzvləri itkin düşüb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.