
Bakının Xətai rayonunda ana və övladının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində sərnişinlər - 1991-ci il təvəllüdlü Hüseynova Lalə Fuad qızı və 6 yaşlı övladı Hüseynov Mark Sergey oğlu xəsarət alıblar.
Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.