29-08-2023, 12:42 537

İİTKM:

Prezident İlham Əliyevin ötən gün təsdiqlədiyi "Sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nda əhalinin bütün həssas qruplarına göstəriləcək sosial xidmətlərin kəmiyyət və keyfiyyətinin artırılması, xidmətlərə əlçatanlığın təmin edilməsi və sosial səmərəlilik prinsiplərinin gerçəkləşdirilməsi ilə bağlı tədbilər öz əksini tapıb.

"Report" İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə (İİTKM) istinadən xəbər verir ki, bunu qurumun İqtisadi təhlil şöbəsinin müdir müavini Elnur Ələkbərov “2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrasına töhfə verəcək mühüm Dövlət Proqramı çərçivəsində nəzərdə tutulan tədbirləri şərh edərkən bildirib.

O qeyd edib ki, 2026-cı ilə kimi ölkəmizdə sosial xidmətin inkişafı sahəsində kifayət qədər ciddi işlər planlaşdırılır: “Sözügedən proqram qəbul olunmazdan əvvəl də ölkədə sosial dövlət və inklüziv cəmiyyət prinsipləri əsas götürülərək əhalinin sosial cəhətdən həssas təbəqəsi, o cümlədən cəzaçəkmə müəssisələrindən azad edilmiş, valdeynlərini itirmiş, valideyn himayəsindən məhrum olan xüsusi internat məktəblərini bitirmiş şəxslərin sosial müdafiəsi diqqət mərkəzində olub və bu istiqamətdə ardıcıl məqsədyönlü tədbirlər həyata keçirilib. Lakin Dövlət Proqramında da qeyd edildiyi kimi son illərdə ölkədə ahıl, sağlamlıq imkanları məhdud şəxslərin, valdeyn himayəsindən məhrum uşaqların sayının çoxalması sosial xidmətlərə təlabatı da yüksəldib. Sosial xidmətlərin sayının artmasına baxmayaraq, bu artım daha sürətlə baş verir”.

E.Ələkbərovun sözlərinə görə, Dövlət Proqramında 7 məqsəd, 7 prioritet qeyd edilib. Proqramın əsas məqsədlərindən biri sosial xidmətlərin təşkilində vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın davam etdirilməsi, sosial xidmət sahəsində dövlət-özəl tərəfdaşlığının genişləndirilməsidir: "Eyni zamanda layihə çərçivəsində hamı üçün bərabər iştirak imkanını təmin edən sosial xidmətlər sisteminin formalaşması, çətin həyat şəraitində olan şəxslərə göstərilən sosial xidmətin əhatəsinin genişlənməsi və əhalinin göstərilən xidmətlərdən məmnunluq səviyyəsinin artması, sosial xidmətlərin ünvanlılığının və keyfiyyətli xidmətlərə əlçatanlığın təmin edilməsi və sosial xidmət sahəsində ixtisaslı kadr potensialının formalaşması hədəf indikatorları müəyyən edilib".

İİTKM-in təmsilçisi qeyd edib ki, qəbul olunmuş Dövlət Proqramı sosial xidmətlərin əhatəsinin genişlənməsi və keyfiyyətinin yüksəldilməsi baxımından olduqca əhəmiyyətli sənəd hesab oluna bilər və proqramın icrası bu sahədə bir çox müsbət dəyişikliklərin yaranmasına gətirib çıxaracaq: “Dövlət Proqramı çərçivəsində sosial xidmət müəssisələrinin fəaliyyətinə nəzarətin vahid mexanizminin müəyyən edilməsi və sosial xidmət sahəsində fəaliyyətin əlaqələndirilməsi məqsədilə Koordinasiya Şurasının yaradılması nəzərdə tutulub. Həmçinin proqramın icrası nəticəsində 2026-cı ilə kimi sosial xidmət müəssisələrinin, təhsil müəssisələrinin valideynlərini itirmiş və yaxud valideyn himayəsindən məhrum 400 məzunu mənzillə təmin ediləcək, 6 şəhər və rayonda ahıl şəxslərin cəmiyyətə inteqrasiyasını hədəfləyən layihələr həyata keçiriləcək. Bundan başqa azı 120 uşağın himayədar ailəyə verilməsi və 220 uşağın ailəyə qaytarılması istiqamətində iş aparılacaq, ailədaxili mübahisələrin həlli ilə bağlı mediasiya xidmətlərinin tətbiqi genişləndiriləcək, dövlət sifarişi ilə sosial xidmət sahəsində həyata keçirilən layihələrin sayının hər il 10 % artmasına nail olunacaq”.

E.Ələkbərov vurğulayıb ki, Dövlət Proqramınının icrası nəticəsində sosial xidmət sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi və sosial xidmətin göstərilməsinə nəzarət mexanizminin müəyyən edilməsi də hədəflənir.

Prezidentin Sərəncamına əsasən Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında İİTKM həyata keçirəcək.

Paylaş

Xəbər lenti

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına həsr olunmuş mətbuat konfransı keçirilib Bu gün, 14:48 Zərdabda 1,4 ton narkotik bitki məhv edilib Bu gün, 14:48 İçməli su küçəyə axır - Sakinlərdən şikayət Bu gün, 14:48 Azərbaycan Cüdo Federasiyası Hidayət Heydərovu çəki sala bilmədiyi üçün cəzalandırıb Bu gün, 14:48 DDLA gəmiçilik şirkətlərini dənizçilərin təhlükəsizliyini prioritet hesab etməyə çağırıb Bu gün, 14:48 Kişineu ilə Bakı arasında birbaşa müntəzəm uçuşlara başlanılıb Bu gün, 14:48 Azər Məmmədov yeni departament yaratdı, rəis təyin etdi Bu gün, 14:48 Sergey Koretski Ukraynanın Baş naziri təyin edildi Bu gün, 14:48 Messi: "Futbol baxımından İngiltərədən üstün olduğumuzu bilirdik" Bu gün, 14:48 Qubada hamilənin ölümü ilə bağlı araşdırma aparılır Bu gün, 14:48 Qubada hamilə iynədən şoka düşüb, əməliyyatdan sonra ölüb Bu gün, 13:48 Bakı və Bratislava payızda iqtisadi əməkdaşlıq üzrə işçi qrupunun iclasını keçirəcək Bu gün, 13:48 Bakı üzrə yeni təmayül tədris modelinin tətbiq olunacağı məktəblər açıqlanıb Bu gün, 13:48 Zərdabda avtomobil işıq dirəyinə çırpılıb, xəsarət alanlar var Bu gün, 13:48 "Oturacaqlar köhnəlib, qapılar da nasazdır" - 64 saylı avtobusdan ŞİKAYƏT Bu gün, 13:48 Ucarda 56 yaşlı kişi dialez xəstəsi müalicə zamanı ölüb Bu gün, 13:48 Hidayət Heydərov Bakıdakı dünya çempionatında 73 kq çəki dərəcəsində çıxış edəcək Bu gün, 13:48 İlham Əliyev "John Deere" şirkətinin nümayəndə heyətini qəbul edib Bu gün, 12:49 ASAN İnnovativ İnkişaf Mərkəzi Şuşada jurnalistlər üçün təlim reallaşdırıb Bu gün, 12:49 Xırdalandakı Heydər Parkında ağaclar quruyur Bu gün, 12:49 Birbank-la bütün suallara cavab almağın QISA YOLU VAR Bu gün, 12:48 Fələstinin bəzi kənd təsərrüfatı məhsulları Azərbaycana güzəştli şərtlərlə ixrac oluna bilər Bu gün, 12:48 AQTA: Gəncə və Samuxda yas mərasimlərində kütləvi zəhərlənməyə səbəb lavaş olduğu ehtimal edilir Bu gün, 12:48 Azərbaycan və Serbiya Yüksək Səviyyəli Birgə İşçi Qrupunun iclası keçirilib Bu gün, 12:48 "Arzum 9999" ləqəbli tiktokerin şikayəti üzrə məhkəmə başlayır Bu gün, 12:48 Əli Əsədov Fələstinin Baş naziri ilə görüşüb Bu gün, 12:48 Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı Bu gün, 11:49 Bilgəhdə 23 yaşlı kişi dənizdə batıb Bu gün, 11:49 "BakıKart" tətbiqindən narazılıq - "Onlayn balans artırmaq mümkün deyil" Bu gün, 11:49 Tramp Azərbaycan Prezidentinin ABŞ ilə münasibətlər barədə qiymətləndirməsinin yer aldığı məqaləni paylaşıb Bu gün, 11:49 İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib Bu gün, 11:49 AQTA Şəmkirdə 11 nəfərin zəhərləndiyi restoranın fəaliyyətini dayandırıb Bu gün, 11:49 Azərbaycanda 37 fələstinli tələbə təhsil alır Bu gün, 11:49 Fələstin Dövlətinin Baş naziri Bakıda Zəfər parkını ziyarət edib Bu gün, 11:49 Fələstinin Baş naziri Fəxri xiyabanı ziyarət edib Bu gün, 11:48 Bakıda və bəzi rayonlarda külək güclənir - FAKTİKİ HAVA Bu gün, 11:48 Xalq rəssamı Tahir Salahovun Ev-Muzeyi Baku Steel Company-nin dəstəyi ilə yenilənəcək Bu gün, 11:48 Şükürbəyli kəndinə 52 nəfərdən ibarət köç karvanı yola salınıb Bu gün, 10:48 Azərbaycan ilə "UN-Habitat" arasında Şərqi Zəngəzurun dayanıqlı inkişafına dair saziş imzalanıb Bu gün, 10:48 İlyas Yalçıntaş, Sıla və bir sıra məşhur SAXLANILDI Bu gün, 10:48 Bakıda istehsalat sexinin fəaliyyəti dayandırılıb Bu gün, 10:48 Şəmkirdə zəhərlənən 11 nəfərin son VƏZİYYƏTİ Bu gün, 10:48 Fariz Əliyev: "Bir Pəncərə" idxal-ixrac prosedurlarını sadələşdirəcək" Bu gün, 10:48 Qubada 5 aylıq hamilə xəstəxanada ölüb Bu gün, 10:48 "Avtobus ya xarab olur, ya da gecikir": 569 nömrəli marşrutdan ŞİKAYƏT Bu gün, 10:48 Ceyhun Bayramov Rusiya Federasiyasına rəsmi səfərə yola düşüb Bu gün, 09:48 Bakıda məşhur hoteldə YANĞIN - Qonaqlar təxliyə edildi Bu gün, 09:48 Odessada vurulan gəmidəki 10 azərbaycanlı Azərbaycana qayıdır Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR