
Bu gün axşam saatlarında Oğuz rayonuna leysan yağış yağıb, dolu düşüb.
"AVESTA.AZ"un Şimal-qərb bürosunun məlumatına görə, dolu əsasən rayonun Padar, Bayan və Kərimli kəndlərinə düşüb.
Oğuz şəhər ərazisinə yağan leysan yağışı nəticəsində isə bəzi evlərin həyətlərinə və zirzəmilərinə su dolub.
Hazırda rayon ərazisində qeyri-sabit hava şəraiti davam edir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.