30-08-2023, 13:35 611

Azərbaycanın internet provayderləri İKTA-ya Dünya Bankının tələblərinə uyğun hesabat verəcək

Azərbaycanda fəaliyyət göstərən internet provayder və operatorları Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinə (İKTA) Dünya Bankının tələblərinə uyğun hesabat təqdim edəcəklər.

“Report” xəbər verir ki, bu barədə İKTA mütəxəssisləri tərəfindən ölkədə fəaliyyət göstərən internet provayder və operatorlarının nümayəndələri üçün keçirilən dövri hesabatvermə üzrə ilk praktiki təlimdə məlumat verilib.

İştirakçılara bildirilib ki, İKTA-nın topladığı dövri hesabatlardan telekommunikasiya sahəsində xidmət bazarlarının, eləcə də bu sahədə digər təhlillərin aparılması, xidmət bazarlarının formalaşdırılması istiqamətində tədbirlərin görülməsi üçün istifadə olunacaq. Bazar iştirakçılarından tələb olunan məlumatlara dair tələblər ölkənin Dünya Bankı Qrupunun yeni “Business Ready” (B-Ready) layihəsinə və Beynəlxalq Telekommunikasiya İttifaqına (ITU) aid beynəlxalq reytinq cədvəllərinin qiymətləndirilməsində istifadə olunan indikatorlar əsasında formalaşdırılıb.

Təlimin məqsədi internet provayder və operatorları tərəfindən tənzimləyici quruma göndəriləcək müxtəlif növ dövri hesabatların düzgün tərtib olunması üzrə nəzəri və praktiki biliklərin artırılmasıdır.

15 şirkətin nümayəndələrinin iştirak etdiyi təlimdə telekommunikasiya bazarının iştirakçıları tərəfindən İKTA-ya təqdim olunacaq müxtəlif növ dövri hesabatların, o cümlədən keyfiyyət, maliyyə və təsərrüfat göstəriciləri üzrə hesabatlar, sahibkarlıq və biznes mühitinin qiymətləndirilməsi üzrə hesabatların hazırlanması qurumun mütəxəssisləri tərəfindən əyani şəkildə nümayiş etdirilib, izahlı təlimatlar və tövsiyələr verilib.

Bundan əlavə, təlim iştirakçılarının hesabatlara daxil edilən məlumatlarda ən çox edilən xətalarla bağlı İKTA-ya yönləndirdikləri sualları cavablandırılıb və fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin Nizamnaməsi Azərbaycan Prezidentinin 21 oktyabr 2022-ci il tarixli 1861 nömrəli Fərmanı ilə təsdiqlənib. Agentlik ölkədə informasiya kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.

Paylaş

Xəbər lenti

PAŞA Real Estate Qrup və Marriott International Azərbaycan və Gürcüstan üzrə çoxsaylı əmlak müqaviləsi imzaladı Bu gün, 11:49 "Mançester Yunayted"in "Sabah"la oyun üçün iştirak ərizəsi açıqlanıb Bu gün, 11:49 Windows 11-in yeni funksiyası oyunların sürətini azalda bilər Bu gün, 11:49 Azərbaycan millisinin baş məşqçisi ilə yollar ayrıldı Bu gün, 11:48 MİDA 3 rayonda mənzillər satışa çıxardı Bu gün, 11:48 Qızıl və gümüşün qiyməti açıqlanıb Bu gün, 11:48 Röya Ayxan və Kazım Candan "Dosta" yeni sürprizi Bu gün, 11:48 Azərbaycanda 12 minə yaxın ailə "Güzəşli mənzil" sistemi ilə ev sahibi olub Bu gün, 11:48 Yolunu qısaltmaq istədi, həyatından oldu - DƏHŞƏTLİ QƏZA Bu gün, 11:48 Fransada Le Penin baş örtüyü planına qarşı etiraz aksiyası başlayıb Bu gün, 10:48 "Azərsun Holdinq"  "Süni intellekt dövründə effektiv sayt idarəetməsi" mövzusunda təlim keçirib Bu gün, 10:48 Xırdalanda obyektdə baş verən güclü yanğın söndürüldü Bu gün, 10:48 Jurnalistin 15 yaşlı oğlu faciəvi şəkildə öldü Bu gün, 10:48 İrandan Rusiyaya aparılan marixuana Azərbaycanda saxlanılıb Bu gün, 10:48 Həkim xəbərdarlıq etdi: Xoruldama bu halda təhlükəlidir Bu gün, 10:48 Azərbaycan neftinin qiyməti 105 dollara yaxınlaşır Bu gün, 10:48 Füzulidə yanacaqdoldurma məntəqəsinin istismarı dayandırılıb Bu gün, 10:48 ABŞ-də hərbçilərin peyvənddən sonra ölüm halları araşdırılır Bu gün, 10:48 Avtomobil yoldan çıxıb ağaca çırpıldı, ölən var Bu gün, 10:48 Bakıda kişi əməliyyatdan sonra yataq xəstəsi oldu? - İDDİA Bu gün, 09:48 Qəbələ-Laza yolu keçilməz hala düşdü, ağır texnika cəlb olundu Bu gün, 09:48 Azərbaycan Premyer Liqası: IV tura bu gün start verilir Bu gün, 09:48 İlham Əliyev Corcia Melonini təbrik etdi Bu gün, 09:48 Messinin illər əvvəl etdiyi yaxşılıq üzə çıxdı: "Mənə və uşaqlarıma həyat verdi" Bu gün, 09:48 Azərbaycanda qeydiyyatsız əmlakların sənədləşdirilməsi asanlaşa bilər Bu gün, 09:48 Tramp: İspaniya məhv olacaq Bu gün, 09:48 Sürücülərin NƏZƏRİNƏ: Bakıda bəzi yollar axşamdan bağlanacaq Bu gün, 09:48 Bu gün Bakı və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq Bu gün, 08:48 Ağa Hacıbəyli: "Müasir insan özünü tənha yaşamağa məhkum edib" Bu gün, 08:48 Xırdalanda obyektdə yanğın baş verib Bu gün, 08:48 "35 ildir qaz görməmişəm" - Qəbələ sakinlərindən ŞİKAYƏT Bu gün, 08:48 Anar Bayramov Təranə Axundovaya yüksək VƏZİFƏ VERDİ Bu gün, 08:48 Vens: ABŞ faktiki olaraq 65 milyard barel neft ehtiyatı yaradır Bu gün, 00:48 Yeni mövsümdə varlanacaq bürclər Bu gün, 00:48 Tarixdə ilk: Dünyada yaşlı insanların sayı uşaqları geridə qoydu Dünən, 23:48 Ermənistanda məhkəmə deputat Artur Sarkisyanın ev dustaqlığını daha iki ay uzadıb Dünən, 23:48 "The Times": Böyük Britaniyada vəsaitə qənaət üçün irimiqyaslı hərbi təlimlər ləğv edilir Dünən, 23:48 Metsamor AES təmirdən sonra işini bərpa edib Dünən, 23:48 Gürcüstanlı jurnalist və bloqerlər Xankəndiyə səfər ediblər Dünən, 22:48 ABŞ-nin İrana zərbələri: Həlak olan hərbçilərin sayı açıqlandı Dünən, 22:48 "Sabah" basketbol komandası yoxlama oyununda "London Lions"a məğlub olub Dünən, 22:48 Netanyahu: İsrailin əsas məqsədi İranda hakimiyyət dəyişikliyidir Dünən, 22:48 Qərb mediası Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır - BƏYANAT Dünən, 21:48 İŞİD-in tərkibində döyüşən azərbaycanlıya hökm oxunub Dünən, 21:48 Maşınlar ucuz qiymətə satışa çıxarıldı - "Volkswagen Passat" 5 625 AZN Dünən, 21:48 "Neftçi SOCAR" 3x3 basketbol komandası FIBA Qadınlar Seriyasının mövsüm finalında çıxış edəcək Dünən, 21:48 "ChatGPT", "Claude" və "Grok"un işində problemlər yaşanır Dünən, 20:48 Bakıda güclü yanğın - Sakinlər qatı dumandan narahatdır Dünən, 20:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR