
Ukrayna qoşunları Baxmut yaxınlığındakı Klişiivka kəndinin cənub hissəsini nəzarətə alıb.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə ABŞ mərkəzli Müharibə Araşdırmaları İnstitutunun analitikləri geolokasiya görüntülərinə əsasən .
İnstitutun təhlilçilərinə görə, cənubda Ukrayna Silahlı Qüvvələri Zaporojye vilayətindəki Orixivdən 18 km cənub-şərqdə yerləşən Verbove kəndinə doğru irəliləyib.
İnstitut həmçinin Ukrayna Silahlı Qüvvələrinin Tavriya Qrupunun komandanı general Oleksandr Tarnavskinin Rusiyanın qüvvə və resurslarının 60 %-ni Ukrayna qoşunlarının yardığı birinci müdafiə xəttinin tikintisinə sərf etdiyi barədə açıqlamasına istinad edir. ISW qeyd edib ki, növbəti iki xətt o qədər də diqqətlə hazırlanmayıb. Bu istiqamətdə həmçinin mina sahələrinin daha az sıx olduğu da güman edilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.