4-09-2023, 11:27 457

“BMT “Taxıl sazişi” məsələsində ən axırıncı rolu oynayır” - RƏY

“BMT özünü dünyada humanist bir təşkilat kimi qələmə verir. Ancaq reallıq ondan ibarətdir ki, “Taxıl sazişi” məsələsində ən axırıncı rolu oynayır”.

Bunu “Report”a açıqlamasında politoloq, iqtisadiyyat üzrə fəlsəfə doktoru İlqar Vəlizadə BMT-nin “Taxıl sazişi” ilə bağlı yeni təkliflər paketi hazırlamasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, “Taxıl sazişi” prinsipial əhəmiyyət kəsb edir. Təkcə Rusiya üçün yox, bir çox ölkələr, xüsusilə də taxıl qıtlığı ilə üzləşən Afrika və Yaxın Şərq ölkələri üçün önəmlidir:

“Çünki buğda qıtlığı Afrika ölkələrini humanitar böhran vəziyyətinə gətirib çıxarıb. Ona görə də hazırda ciddi danışıqlar gedir ki, Rusiya taxılı bu ölkələrə çatdırılsın. Müxtəlif təkliflər var. Türkiyə Qətər vasitəsilə Rusiyadan bir milyon ton taxıl alır. Bu taxıl Türkiyə müəssisələrində una çevrilir, daha sonra Afrika ölkələrinə çatdırılır”.

Ekspert Rusiya taxılının Afrika ölkələrinə çatdırılması yönündə ölkələrin mənfəətindən də söz açıb. Bildirib ki, burada, əsasən, Rusiyanın mənfəəti realdır, Qətər onun taxılını alır. İ.Vəlizadənin fikrincə, Türkiyənin mənfəəti müəssisələrində taxılın una çevrilməsi və gəmilərinin həmin unu Afrika ölkələrinə çatdırmasıdır, çünki Qətər taxılın una çevrilmə xərclərini qarşılayır.

“Qətərin buradakı qazancı isə humanitar addım atmaqla siyasi mövqelərinin Afrikada möhkəmləndirməsidir. Bəllidir ki, Afrika qitəsi uğrunda müxtəlif qütblər və regional qüvvələr arasında mübarizə gedir. Qətər isə həmin mübarizədə avantaj əldə edir, Afrika hökumətləri ilə əlaqələri sıxlaşdırır. Beləliklə, Afrikada Qətərin investisiyaları üçün münbit şərait yaranır. Ancaq Türkiyə bu humanitar aksiyanın həyata keçməsində əsas vasitəçi rolunu oynadığına görə onun üçün də müsbət siyasi nəticələr var”, - iqtisadçı əlavə edib.

İlqar Vəlizadə
İlqar Vəlizadə

İ.Vəlizadə söyləyib ki, “Taxıl sazişi”ni dəstəkləyən BMT bu məsələdə ən axırıncı rolu oynasa da, himayəsi altında bu sazişin həyata keçirilməsi ona da müəyyən qədər üstünlük qazandırır:

“BMT ilə Rusiya arasında taxılla bağlı münasibətlər tam fərqlidir. Türkiyə müəyyən dərəcədə Rusiya ilə BMT arasında mümkün sazişin reallaşması üçün öz töhfəsini verə bilər. Belə ki, Türkiyə gəmiləri Rusiya-BMT sazişi çərçivəsində Rusiyanın digər taxıl həcmlərini də dünya bazarına çatdıra bilər”.

Müsahibimiz vurğulayıb ki, Türkiyə sözügedən məsələdə dünya ərzaq təchizatında yaranmış böhranın aradan qaldırılmasında müstəsna rol oynayan bir ölkə kimi çıxış edə bilər. Çünki Türkiyə həm də Ukrayna ilə danışıqlar içərisindədir:

“Türkiyənin xarici işlər naziri Ukraynada da olub, oradakı danışıqlar isə Ukrayna taxılının dünya bazarına çatdırılması ilə bağlı idi. Hazırda Türkiyə Ukrayna taxılının dünya bazarına çatdırılmasında təminatçı rolunu oynayır. Hər iki sazişin reallaşdırılması Türkiyəyə tədricən Rusiya-Ukrayna münasibətlərini tənzimləyə imkan verir. Bununla da, müəyyən dərəcədə Ukrayna taxılını xarici bazarlara çatdırılmasını sığortalamaq mümkün olar.

Xatırladaq ki, Türkiyənin fəal köməyi ilə BMT "Taxıl sazişi" ilə bağlı yeni təkliflər paketi hazırlayıb. Avqustun 31-də BMT-nin baş katibi Antoniu Quterreş jurnalistlərə açıqlamasında bildirib ki, BMT-nin "Taxıl sazişi" ilə bağlı yeni təklifi təşəbbüsü bərpa etmək zərurətləri ilə bağlıdır və Sazişin davamlı olması üçün səylərini əsirgəməyəcəklər. Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə eyni tarixdə türkiyəli həmkarı Hakan Fidan ilə Moskvada keçirilən görüşündə məsələyə diqqət çəkərək söyləyib ki, Rusiya BMT-nin baş katibi Antoniu Quterreşin "Taxıl sazişi" məsələsində göstərdiyi bütün səyləri yüksək qiymətləndirir. Ancaq Rusiya yalnız Rusiya-BMT memorandumunda yer alan bütün təminatlar yerinə yetirildikdən sonra taxıl müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyə qayıtmağa hazırdır.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiyanın dövlət başçısı Vladimir Putin də bu gün Soçidə “Taxıl sazişi”nin yeni şərtlərlə bərpasını müzakirə edəcəklər.

Paylaş

Xəbər lenti

Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Dünən, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Dünən, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Dünən, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Dünən, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Dünən, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Dünən, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Dünən, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Dünən, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Dünən, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Dünən, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Dünən, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Dünən, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Dünən, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Dünən, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Dünən, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Dünən, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Dünən, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Dünən, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Dünən, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Dünən, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Dünən, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Dünən, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Dünən, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR