4-09-2023, 18:29 636

Paşinyan Kremli şantaj edir: Rusiyanın cavabı sərt olacaq - ŞƏRH

Dəfələrlə qalmaqallı və ziddiyyətli açıqlamaları ilə gündəm olan Ermənistanın baş naziri Nikol Paşinyan yenə təəccübləndirməkdə və heyrətləndirməkdə davam edir. Qarabağın Azərbaycan torpağı olduğunu bəyan etməsinin ardınca separatçı rejimin qondarma “müstəqillik günü” ilə bağlı məlum müraciətini yayması onun sələflərinin yolu ilə getdiyini, onlardan heç də fərqli düşüncə sahibi olmadığını üzə çıxarmış olub.

Paşinyan İtaliyanın “La Repubblica” qəzetinə dünənki müsahibəsi ilə qeyri-ciddi siyasətçi imicini daha da gücləndirmiş olub. Hər iki açıqlamasında mühüm məqam ondan ibarətdir ki, baş nazir Azərbaycanla sülh sazişinin imzalanmasında maraqlı deyil, revanşist qüvvələrin və Qərbin tapşırıqlarını yerinə yetirir. Belə götürəndə burada qeyri-adi, təəccüblü bir şey də yoxdur. Nikol Paşinyan erməni xislətinə uyğun dəfələrlə bu cür mövqe ortaya qoyub. Məsələn, Brüsseldə Ağdam-Xankəndi yolunun açılması ilə bağlı məsələyə razılıq verən baş nazir az sonra belə bir razılıq olmadığını dilə gətirir.

Ermənistan baş nazirinin bu cür buqələmun xüsusiyyətlərini erməni siyasətçilərdən biri daha yaxşı xarakterizə edib - “Tipik Roma qulu, xarici sahiblərinin müti qulu Nikol Paşinyan azadlıq deyil, öz qulları barədə düşünən biridir. Hər vasitə ilə erməni cəmiyyətindən qul düzəltməyə çalışır. Bizi üç ildir susmağa məcbur edirlər”. Ermənistan Respublika Partiyası sədrinin müavini Armen Aşotyanın bu qiymətləndirməsi tək baş nazirin deyil, bütövlükdə Ermənistanın və erməni xalqının mövcud durumunu əks etdirir, desək, yanılmarıq.

Qayıdaq Paşinyanın İtaliya mediasına verdiyi qalmaqallı müsahibəyə. Nikol Paşinyan adətən Rusiya ilə münasibətlərdə hansısa məqamdan narazı olanda bunu onun öz mediasına deyirdi. İndi isə o, narazılığını Qərb mediasına bildirməyə üstünlük verib. Bu da onun tərəfindən növbəti uzaqgörənlik deyil, sadəcə axmaqlıq kimi qarşılanmalıdır. Çox güman ki, Kreml bu açıqlamaya bir müddət səssiz qalacaq. Lakin bunu unudacağını gözləmək sadəlövhlük olardı.

Müsahibədə Rusiya əleyhinə səslənən fikirlər bu ölkənin siyasi arenasında, mediasında ciddi qalmaqala səbəb olub. Baş nazirin müsahibəsindəki ən qalmaqallı firkirlərə diqqət edək - “Kreml atdığı və ya atmadığı addımlara görə bölgəni tərk edir”, “təhlükəsizlik məsələlərində Rusiyadan asılılıq strateji səhv idi” və s. O bildirib ki, Laçın yolu barədə rusiyalı tərəfdaşları ilə söhbət edib. Onun qənaətincə, bir çox rusiyalı tərəfdaşlar Qərb dövlətlərinin Ermənistanla işləməsi və ya Ermənistan hökumətini Rusiyanı regiondan sıxışdırıb çıxarmağa yönəlmiş tədbirlər görməyə sövq etməsindən danışırlar. “Amma biz rusiyalı tərəfdaşlarımıza, əksinə, Rusiyanın özünün atdığı və ya atmadığı addımlara görə bölgədən getdiyini gördüyümüzü deyirik. Hansı səbəblərdən, biz bilmirik. Spekulyasiya edə bilərdim, amma indi etməyəcəm. Aydındır ki, Laçın yolu bizi çox narahat edir və maraqlandırır, bu, yeni məsələ deyil. Bir gün biz sadəcə olaraq ayılıb Rusiyanın burada olmadığını görəcəyik”, - deyə o bildirib. Baş nazir iddia edib ki, Rusiya Laçın yoluna nəzarəti saxlaya bilmir, ya da saxlamaq istəmir. Paşinyan Ermənistanın Qərbdə ruspərəst, Rusiyada qərbpərəst imicindən də bəhs edib. Rusiyanı şantaj edən baş nazir “forpost ölkə” imicinə görə hər hansı bir üstünlük əldə edə bilmədiklərini deyib.

Bəllidir ki, Rusiyada bir çox dairələr əminliklə Ermənistanı və ya onun indiki hakimiyyətini qərbyönlü hesab edir. Bəs, Paşinyanın qəfil anti-Rusiya ritorikasının səbəbi nədir? Rusiya siyasiləri onun bu açıqlamasını Moskva ilə onsuz da gərgin münasibətləri dərinləşdirmək cəhdi kimi qiymətləndirib. Kreml strateqləri hesab edir ki, N.Paşinyanın Rusiya əleyhinə fikirləri qəribə səslənir. Əsas versiya da budur ki, baş nazir Qarabağda vəziyyətin gərginləşməsində maraqlıdır. Hədəf də Moskvanın diqqətini Ukraynadan ayırmaqdır.

Ermənistan dəfələrlə çalışıb ki, Rusiyanı Azərbaycana qarşı müharibəyə cəlb etsin. Bu cəhd alınmadığından belə bir ittiham ortaya çıxıb. Ermənistan siyasi dairələrində Moskvanın Ermənistanı atması və satdığı ittihamları da bundan qaynaqlanır.

Bu arada, Paşinyanın fikirləri ilə bağlı rəsmi Moskvanın da narazılığı özünü çox gözlətmədi. Rusiyanın rəsmi TASS agentliyi diplomatik mənbələrə istinadən bəyan etdi ki, Moskva Ermənistanın baş naziri Nikol Paşinyanın İtaliyanın “La Repubblica” qəzetinə verdiyi müsahibədə Rusiya ilə bağlı səsləndirdiyi bəyanatlardan və Ermənistan Xarici İşlər Nazirliyinin avqustun 31-də verdiyi şərhdən son dərəcə narazıdır: “Bu tonda danışıq qəbuledilməzdir”.

Beləliklə, Rusiya mediasında və ekspert dairələrində Paşinyanın bu cür açıqlamaları münaqişə yaratmaq cəhdi kimi qiymətləndirilir.

Bütövlükdə, Rusiya siyasi dairələrində belə bir fikir var ki, Nikol Paşinyan onlara qarşı yeni nəsə deməyib. Onun bütün dedikləri, sadəcə Rusiyanı sistemli şəkildə regiondan sıxışdırılıb çıxarılması deməkdir. Baş nazirin bütün karyerasının da məhz bunun üzərində qurulduğu vurğulanır. Elə erməni nəşrlərindən birində onun hakimiyyəti dövrünə özünəməxsus formada qiymət verilib: “Əgər Paşinyan rejimi idarə etməkdə davam edəcəksə, o zaman Çörçilin “Hindistan ölkə və dövlət deyil, sadəcə coğrafi anlayışdır” tarixi fikri Ermənistana tətbiq ediləcək və belə getsə, Ermənistanın Paşinyanın hakimiyyəti dövründə qalacağı sual doğurur”.

Paylaş

Xəbər lenti

Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Bu gün, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Bu gün, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Bu gün, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Bu gün, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Bu gün, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Bu gün, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Bu gün, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Bu gün, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Bu gün, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Bu gün, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Bu gün, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Bu gün, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Bu gün, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Bu gün, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Bu gün, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Bu gün, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Bu gün, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Bu gün, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Bu gün, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Bu gün, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Bu gün, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Bu gün, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Bu gün, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Bu gün, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Bu gün, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Bu gün, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Bu gün, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Bu gün, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Bu gün, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Bu gün, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Bu gün, 16:48 "Qarabağ"ın xanım azarkeşləri üçün pulsuz biletlər Bu gün, 16:48 Ahıl qadının çantasından pul kisəsini oğurladı - ANBAAN VİDEO Bu gün, 16:48 Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib Bu gün, 16:48 İranda elektrik enerjisinin verilişi məhdudlaşdırıldı Bu gün, 16:48 Əli Əhmədov: Azərbaycanda bu il nikah potensialında olan şəxslərin yarısı evlənməyib Bu gün, 16:48 Abşeron sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR  - Kənd və qəsəbələrdə... Bu gün, 16:48 Avtomobil sürənlərin diqqətinə: Sükan arxasında ürək ritmi dəyişir Bu gün, 15:48 "50 qəpiklik moyka" aparatından  oğurluq edənləri polis saxladı Bu gün, 15:48 Özünə "iPhone 18" aldı, polis saxladı - Oğurluq etdiyi iddia olunur Bu gün, 15:48 İlham Əliyev Hikmet Çetinin ailəsinə başsağlığı verdi Bu gün, 15:48 Almaniyalı deputat Avropanı Rusiya ilə dialoqa çağırdı Bu gün, 15:48 İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair video paylaşılıb Bu gün, 15:48 Musiala yenidən huşunu itirdi – "Bayern" vəziyyətə aydınlıq gətirdi Bu gün, 15:48 İslam Rzayevin əmlaklarına həbs qoyuldu Bu gün, 15:48 ATPF və BeFit Baku arasında tərəfdaşlıq memorandumu imzalandı Bu gün, 15:48 Gələn il bazarlarda qiymətlər nədən asılı olacaq? - AÇIQLAMA Bu gün, 15:48 Şahzadə Uilyam və Keyt Midltonun evinə girməyə cəhd – iki nəfər saxlanıldı Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR