
Azərbaycan bu il oktyabrın 16-20-də Özbəksitanın Səmərqənd şəhərində keçiriləcək BMT-nin Dünya Turizm Təşkilatının (UNWTO) Baş Assambleyasının 25-ci yubiley sessiyasında iştirak edəcək.
“Report”un Özbəkistan mətbuatına istinadən verdiyi məlumata görə, bununla bağlı Azərbaycan, Səudiyyə Ərəbistanı, Albaniya, Baham adaları, Bəhreyn, Qvatemala, Haiti, Kot-d-İvuar, İndoneziya, Monako, Niger, Panama, Portuqaliya, Sierra Leone, Ukrayna, Uruqvay və Yəmən kimi ölkələrin turizm təşkilatlarının, departamentlərinin rəhbərləri Səmərqəndə gəlib.
UNWTO-nın 2 ildən bir keçirilən sessiyasında ümumilikdə 160-a yaxın ölkədən turizm sahəsində fəaliyyət göstərən dövlət orqanlarının, beynəlxalq təşkilatların rəhbərlərinin və turizm biznesinin nümayəndələrinin iştirak etməsi gözlənilir.
Qeyd edək ki, Özbəkistan tarixində ilk dəfə olaraq BMT Baş Assambleyası sisteminin ən mühüm hadisəsi sayılan UNWTO sessiyasının qonaqlarını qəbul edir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.