
Braziliyanın cənubunda baş verən güclü yağıntılar nəticəsində ölənlərin sayı 36-ya çatıb.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, regionu vuran tropik siklon nəticəsində evləri su basıb və çaylar məcralarından çıxıb.
Prezident Luis İnasiu Lula da Silva Rui-Qrandi-du-Sul ştatının qubernatoru Eduardo Leyte ilə danışdığını və federal hökumətin tam dəstəyini təklif etdiyini bildirib. Lula zərərçəkmiş bölgəyə axtarış-xilasetmə işlərini müşahidə etmək üçün iki nazir göndərib və deyib ki, vitse-prezident Ceraldo Alkmin də 11 milyon əhalisi olan fəlakət bölgəsinə getməyə hazırdır.
Rui-Qrandi-du-Suldakı daşqınlar Braziliyada baş verən son təbii fəlakətlərdən sadəcə biridir. Bu il San-Paulu ştatında güclü leysanların torpaq sürüşməsinə və daşqınlara səbəb olması nəticəsində 50-dən çox insan ölüb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.