7-09-2023, 11:53 484

QMİ sədri Hindistanda keçirilən G20 dinlərarası forumda iştirak edib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Hindistanda keçirilən G20 dinlərarası forumda iştirak edib.

Bu barədə "Report"a QMİ-dən məlumat verilib.

Qeyd edilib ki, Azərbaycan dövlətinin dinlər və mədəniyyətlər arası dialoqda oynadığı mühüm rol, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu istiqamətdəki qlobal təşəbbüsləri ölkəmizin “Böyük İyirmilik” kimi önəmli beynəlxalq platformada mütəmadi iştirakçı olmasına səbəb olub. Belə ki, G20 çərçivəsində Azərbaycan özünün multikulturalizm modelini beynəlxalq müstəvidə sülh içində birgəyaşayışın uğurlu örnəyi kimi təqdim etməkdə davam edir.

Azərbaycan indiyədək bir çox mühüm dialoq platformalarının təşəbbüskarı və təşkilatçısı kimi humanitar məsələlərin müzakirə olunduğu mərkəzə çevrilmişdir. Ötən ilin may ayında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və Qafqaz Müsəlmanları İdarəsinin həmtəşkilatçılığı ilə G20 Sammiti Dinlərarası Dialoq Forumunun regional ön iclasının Bakı şəhərində keçirilməsi təsadüfi deyil. Dünyanın tanınmış dini liderlərin, alimlərin və ictimai xadimlərin qatıldığı G20 dinlərarası forumları beynəlxalq gündəmdə olan aktual problemlərin, o cümlədən, iqlim dəyişikliyi, dinin siyasiləşdirilməsinə yol verilməməsi, dini liderlərin qlobal problemlərin həllində artan rolu, gənc nəslin formalaşması, miqrant və digər problemlərin həllində dinin mühüm rolunun müzakirə olunduğu dialoq platformasıdır.

Şeyxülislam Allahşükür Paşazadə forumun açılış plenar iclasında çıxış etmişdir. Pune Forumunun iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və Azərbaycan xalqının xeyir-dualarını çatdıran Şeyxülislam Forumun münaqişələrə, terrorizmə, zorakılığa, irqi və dini ayrıseçkiliyə son qoymağa çağırması, sülhü və əmin-amanlığı tərənnüm etməsi, bəşəri narahat edən qlobal ekoloji problemlərə diqqət ayırmasını təqdirəlayiq hal olaraq qiymətləndirib. O, çıxışında deyib: "Müqəddəs Qurani-Kərimdə buyurulur ki: «Yer üzü islah olunduqdan sonra, orada fəsad törətməyin» (Əraf, 56). Bugünkü Forumun əsas mövzuları olan iqlim dəyişikiliyi, ekosistemin pozulması, qida və su çatışmazlığı, müharibələr və nüvə təhdidi hər gün bəşəriyyəti, özəlliklə, gələcəyimiz olan uşaqların təbii insani hüquqlarını təhdid edir. Eyni zamanda insanlar arasında təcavüzə, zorakılığa və ayrı-seçkiliyə təhrik edən nifrət çağırışları müasir texnologiyalar və sosial media vasitəsilə bütün dünyada geniş şəbəkəli sistem olaraq, qlobal miqyasda müxtəlif ölkələrdə hərbi və soyqırım cinayətlərinə sövq edir.

Biz müharibə dəhşətlərini və fəlakətlərini yaşamışıq. 30 ilə yaxın Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalmış Azərbaycan xalqı öz Prezidenti ətrafında sıx birləşərək beynəlxalq hüquq normalarına, BMT Nizamnaməsinə və onun 4 qətnaməsinə əsaslanaraq dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyünü bərpa etdi. Biz bu gün işğal dövründə dağıdılmış milli, dini-mənəvi abidələrimizi bərpa edir, işğaldan azad edilmiş torpaqlarımızı minalardan təmizləyərək yenidənqurma işləri aparırıq. Qürur hissi ilə deyə bilərəm ki, təmsil etdiyim Azərbaycan tolerantlıq, multikulturalizm diyarı olaraq mədəniyyətlər arasında dialoq və səmərəli əməkdaşlıq imkanlarının yaradılmasında aparıcı və müsbət rol oynayır. Azərbaycanda din və məzhəb ayrıseçkiliyinə yol verilmədən bütün dini icmalar bərabər hüquqlarla təmin olunur, ibadət və ayinlərini sərbəst şəkildə icra edirlər. Bu, bizim dövlətimizin milli siyasəti və dini dəyərlərə olan ehtiramın göstəricisidir."

Forum əsnasında Şeyxülislam Allahşükür Paşazadə yerli və xarici dini liderlər və ictimai xadimlərlə, o cümlədən, G20 dinlərarası forumun prezidenti Kol Durham, Amrita Vişva Vidyapitam dini təşkilatının ruhani lideri Svami Amritasvarupananda Puri, Vahid Qlobal Forumun sədri və Hindistan Milli Kongresinin milli katibi Dr. Dalbir Sinqx, Vasai Arxiyepiskopu Feliks Maçado və Pune Ümumdünya Sülh universitetinin təsisçisi professor Vişvanat Karad ilə ikitərəfli görüşlər keçirib.

Görüşlərdə qarşı tərəflərə Azərbaycanın dinlərarası və sivilizasiyalararası dialoq sahəsində təşəbbüsləri, xalqımızın qədim multikulturalizm və tolerantlıq ənənələri, işğaldan azad olunmuş ərazilərimizdə erməni vandalizminə məruz qalmış, mənşəyi dəyişdirilmiş tarixi mədəni və dini abidələrimiz, Ermənistanın ərazilərimizdə apardığı mülki insanların qətlinə hədəflənmiş minalarla çirkləndirilmə və “yandırılmış torpaq” siyasəti, eləcə də hazırda həmin ərazilərdə ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın bilavasitə rəhbərliyi altında aparılan bərpa və yenidənqurma layihələri haqqında geniş məlumat verilib.

Forumda iştirak edən dini liderlər qlobal proseslərdə din amilinin rolunun artmasını nəzərə alaraq gələn il Braziliyada təşkil olunacaq Forumda bu mövzuların daha geniş və dərindən müzakirə olunmasını qərarlaşdırdılar.

Paylaş

Xəbər lenti

Bakı-Qazax yolunda avtomobil velosipedçini vuraraq öldürüb Bu gün, 10:48 Dünya bazarında neft ucuzlaşdı Bu gün, 10:48 Bakıda cüdo üzrə dünya çempionatı başlayır - 4 cüdoçumuz tatamiyə çıxacaq Bu gün, 10:48 Tramp: İran nüvə silahı yaratmaq planlarından imtina edib Bu gün, 10:48 Abşeronda binada PARTLAYIŞ: Bir nəfər yaralanıb Bu gün, 10:48 Tovuzda qadının dəhşətli ölümü ilə bağlı qonşular danışdılar: "Təpədən dırnağa yanmışdı" Bu gün, 09:48 Azərbaycan millisi Litvanı Bakıda qəbul edəcək Bu gün, 09:48 Nazir bu müəllimləri təltif edildi - ADLAR Bu gün, 09:48 Elza Seyidcahan: İnsan necə "qudurarmış" Bu gün, 09:48 ABŞ iki İran diplomatını ölkədən çıxarıb Bu gün, 09:48 Zəfərə aparan yol: Talış-Suqovuşan əməliyyatı Bu gün, 00:48 Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür Bu gün, 00:48 Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür Bu gün, 00:48 Bəxtiyar Əsgərov vəzifəsindən azad edildi, qurumda yoxlamalar aparıldı Dünən, 23:48 Ermənistanın xarici işlər naziri sabah İrana səfər edəcək Dünən, 23:48 Zelenski: Kiyevə hücumlara cavab olaraq Rusiyanın neft emalı zavodlarına zərbələri ikiqat artıracağıq Dünən, 23:48 Azərbaycanlı modellər "Fashion Culture Day in Paris"də çıxış ediblər Dünən, 23:48 Ukraynada azərbaycanlı hərbçi həlak oldu Dünən, 23:48 Əziz Əlibəyli: "YAP Azərbaycanın siyasi tarixində mühüm rol oynayan əsas təşkilatdır" Dünən, 22:48 Daşkənddə III Türkdilli Dövlətlər Kardioloqları Qurultayının rəsmi açılışı keçirilib Dünən, 22:48 Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb Dünən, 22:48 Gəncədə bədbəxt hadisə: Bacı-qardaş xəstəxanaya yerləşdirildilər Dünən, 22:48 "Turan Tovuz" yoldaşlıq oyununda "Fənərbağça"ya məğlub olub Dünən, 22:48 Yəmənin Hərbi Hava Qüvvələri Sənada husilərin iki raket qurğusunu məhv edib Dünən, 22:48 Sürücülərə xəbərdarlıq: Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq Dünən, 21:48 Bakıda ticarət mərkəzinin girişində aşan avtobusda xəsarət alanların vəziyyəti açıqlandı Dünən, 21:48 "Cənnətin iqamətgahı" sənədli-musiqili-etnoqrafik filmi təqdim olunub Dünən, 21:48 "Turan Tovuz" və "Fənərbaxça" azarkeşlərindən anlamlı pankartlar Dünən, 21:48 Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb Dünən, 20:48 Politoloq: Heydər Əliyev Azərbaycan xalqının taleyini öz taleyi ilə bağlayırdı Dünən, 20:48 Göyərtəsində altı nəfərin olduğu ABŞ təyyarəsi radarlardan itib Dünən, 20:48 Azərbaycanın U-20 millisi Moldovaya uduzub Dünən, 20:48 Xarici şirniyyata 138 milyon dollar: Yerli istehsalçı niyə geri qalır? Dünən, 19:48 Xankəndidə "Vətəndəsən" II Qarabağ Təhsil Forumu keçirilib Dünən, 19:48 Ərdoğan Şanlıurfada Azərbaycan Bulvarının istifadəyə verildiyini açıqlayıb Dünən, 19:48 Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar Dünən, 19:48 Rövşən Muradov: "Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir" Dünən, 18:48 Hamiləlikdə ürəkbulanma və qanaxma nə zaman təhlükəyə işarədir? Dünən, 18:48 Dünya çempionatı: Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib Dünən, 18:48 Rafinya Mbappeni geridə qoydu Dünən, 18:48 Azərbaycanda əmlak sığortası bazarı 22 %-ə yaxın böyüyüb Dünən, 18:48 Gənc oğlan hərbi xidmətdə olarkən virusa yoluxub? Dünən, 18:48 Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanıldı Dünən, 18:48 "Flydubai"nin ikinci pilotundan şokedici etiraf: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş Dünən, 17:48 Yüksək dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA Dünən, 17:48 Dilarə Kazımova bu Əməkdar artistin repertuarından oxudu Dünən, 17:48 Azərbaycan Basketbol Liqası: "Gəncə" "Ordu"nu məğlub edib Dünən, 17:48 Milli Qəhrəman Yuri Kovalyovun məzarı ziyarət edildi Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR